01.05.2019 10:10

Yaponiya 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı elan edir

Ölkə: Yaponiya, Dövlət Təqaüd Proqramı (MEXT)

Təhsil səviyyəsi: bakalavriat, magistratura, doktorantura və ya tədqiqat

Yaş həddi: bakalavriat səviyyəsi üçün 02.04.1995-ci il tarixindən, magistratura və növbəti səviyyələri üçün 02.04.1985-ci tarixindən sonrakı təvəllüdlü şəxslər.

Qarşılanan xərclər:  aylıq təqaüd, təhsil haqqı, dil hazırlığı kursu, nəqliyyat xərci;

Dil bilikləri: ingilis dili, yapon dil biliyi olanlara üstünlük verilir.

Son müraciət tarixi: 10.06.2019

 

Təqaüd proqramı və tələb olunan sənədlər haqqında ətraflı məlumat üçün aşağıdakı keçidlərdən istifadə edə bilərsiniz:

 

Bakalavriat üçün: https://bit.ly/30w2Gda

Magistratura və növbəti səviyyələr üçün: https://bit.ly/30BSKiy

 

Qeyd: Namizədlər sənədlərini Yaponiyanın Azərbaycandakı səfirliyinə təqdim etməlidirlər.

 

Təqaüd proqramı ilə bağlı sualları Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin Mədəniyyət və Təhsil şöbəsinin əməkdaşı xanım Günel Yüzbaşovaya ünvanlaya bilərsiniz:

 

Əlaqə nömrəsi: +994 12 490 7819 (daxili nömrə: 2)

Elektron poçt: culture-info@bk.mofa.go.jp