13.02.2019 11:00

Kotirovkalar sorğusunda iştirakla bağlı bildiriş

Təhsil Nazirliyi inzibati binasında və ərazisində dezinfeksiya, dezinseksiya və deratizasiya xidmətlərinin kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 599-11-55 (daxili 5252) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər fevralın 15-i saat 18:00-dək qəbul olunur.

Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai prospekti 49.