17.09.2018

Direktor, direktor müavinləri və müəllimlər üçün təlimlərin keçirilməsinə dair elan

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün növbəti müsabiqə elan edir.

               

Təlimlər yalnız Təhsil Nazirliyinin birbaşa tabeliyindəki (Bakı şəhərində yerləşən) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbi, lisey və gimnaziyaların direktorlarını, direktor müavinlərini və müəllimlərini əhatə edəcək.

Təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək ümumi təhsil müəssisəsi direktorlarını təkmilləşdirmək və yetişdirməkdir.

 

Təlimdə əhatə ediləcək mövzular:

• Təhsildə keyfiyyətin idarəedilməsi;

• Təhsili idarəetmənin hüquqi əsasları;

• Kompüter və təlim texnologiyaları;

• Təhsildə statistika və təhlil;

• Təhsilin idarəedilməsi və monitorinqi;

• Təhsili idarəetmənin  psixoloji əsasları;

• Kurikulum: Nəzəriyyə və tətbiq;

• Təhsildə maliyyənin idarəolunması.

 

Müsabiqədə iştirak üçün minimum tələblər:

• Ali pedaqoji təhsil;

• 5 (beş) il pedaqoji iş təcrübəsi.

 

Namizədlərdən gözlənilən digər keyfiyyətlər:

• Liderlik bacarığı;

• Yüksək motivasiyalılıq;

• Səmərəli qərar qəbuletmə bacarığı;

• Nəticəyönümlülük;

• İKT-dən istifadə bacarığı;

• Məntiqi düşüncə bacarığı.

 

Müraciət qaydası:

Yuxarıda qeyd edilmiş tələblərə uyğun gələn namizədlər müraciət məqsədi ilə aşağıda göstərilən linkə daxil olaraq müraciət formasını doldurmalıdırlar: http://bit.ly/2fLf2bw

 

Müraciət üçün son tarix və saat: 27 sentyabr 2018-сi il saat 18:00.

 

Seçim qaydaları:

I mərhələ: http://bit.ly/2fLf2bw  linki vasitəsilə elektron qeydiyyatın aparılması;

II mərhələ: Elektron qeydiyyatdan keçərək müsabiqənin tələblərinə uyğun gələn şəxslərin məntiqi düşüncə bacarıqlarının qiymətləndirilməsi;

III mərhələ: Hər iki mərhələdə uğur qazanmış şəxslərin müsahibədə iştirak etməsi.

 

Yekun qiymətləndirmə:

Təlimlərdə iştirak etmiş şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yekun qiymətləndirmədə iştirak edəcəklər. Yekun qiymətləndirmədə  qənaətbəxş nəticə göstərmiş və hal-hazırda direktor vəzifəsində çalışmayan şəxslər direktor vəzifəsi üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar.

 

Qeyd: Bütün yazışmalar və bildirişlər elektron poçt ünvanı ilə aparılacaq.

Bu səbəbdən şəxsi elektron poçt ünvanlarınızdan istifadə etməyiniz və mütəmadi olaraq yoxlamağınız vacibdir.