09.03.2016 15:00

Martın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının akt zalında növbəti “Novruz mühazirəsi” keçiriləcək.

Görüşdə akademik Muxtar İmanovun “Novruz fəlsəfəsi” və akademik Telman Əliyevin “Azərbaycanda informatikanın təşəkkülü və müasir vəziyyəti” mövzularında mühazirələri dinləniləcək.

Novruz mühazirələri”ndə iştirak etmək istəyən şəxslər novruzmuhaziresi@media.edu.az elektron poçt vasitəsilə 10.03.2016-cı il tarixinədək qeydiyyatdan keçə bilərlər (Qeydiyyat forması).

Təhsil Nazirliyi yerlərin sayının məhdud olduğunu nəzərə alaraq, iştirakçıların seçim hüququnu özündə saxlayır.

Tədbir saat 15:00-da Azərbaycan Milli Elmlər Akademiyasının akt zalında  keçiriləcək.

Ünvan: Bakı şəhəri, Hüseyn Cavid prosperti,115

Mühazirədə iştirak üçün geyim sərbəstdir.


Açar sözlər: