21.09.2015 12:11

Təhsil Nazirliyinin rəsmi internet saytı üçün Azərbaycan-İngilis dilli yazılı tərcüməçi

İcra olunduğu yer: Təhsil Nazirliyi
İcra müddəti: 2010-2013-cü illər
Tapşırıq və vəzifələr: Tərcüməçi aşağıdakı əsas tapşırıq və vəzifələri yerinə yetirəcəkdir:
 
  • Təhsil Nazirliyinin rəsmi internet saytında yerləşdiriləcək məlumat və materialları əldə etmək və onların ingilis dilinə tərcüməsini təmin etmək;
 
  • Təhsil islahatları, startegiyası və idarəetməsi ilə bağlı ingilis dilində mövcüd olan materialları “Təhsil islahatlarına dair ictimaiyyətin məlumatlandırılması” alt-komponentinin koordinatorundan əldə etmək və onların Azərbaycan dilinə tərcüməsini təmin etmək;
 
  • Təhsil islahatları, startegiyası və idarəetməsi ilə bağlı Azərbaycan dilində mövcüd olan materialları “Təhsil islahatlarına dair ictimaiyyətin məlumatlandırılması” alt-komponentinin koordinatorundan əldə etmək və onların ingilis dilinə tərcüməsini təmin etmək;
 
  • “Təhsil islahatlarına dair ictimaiyyətin məlumatlandırılması” alt-komponenti koordinatorunun tapşırığı ilə digər sənədlərin tərcüməsini təmin etmək.
İxtisas tələbləri:
  • Tərcüməçi və ya buna yaxın ixtisas üzrə ali təhsili;
 
  • Azərbaycan-ingilis dilli tərcüməçi vəzifəsində azı üç (3) il iş təcrübəsi (təhsil sahəsində təcrübəyə malik olanlara üstünlük veriləcəkdir);
 
  • Kompüterdən istifadə etmə bacarığı.
Tələb olunan sənədlər: 1. Ərizə
  2. Tərcümeyi-hal (CV)
  Xahiş olunur, maraq göstərdiyiniz tapşırığın adını dəqiqliklə qeyd edəsiniz.
Son təqdim edilmə tarixi: 10 fevral 2010-cu il
Əlaqə üçün məlumat: Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
 

Bakı şəhəri, Xətai prospekti, 49.

 

Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Əlaqələndirmə Qrupu,

  Əlaqələndirici şəxs: Sevil Məsimova
  Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68.
  Email: smasimova@ultel.net