04.02.2016 10:00

Koreyanın EHWA Qadınlar Universiteti tələbə qəbulu

Koreyanın EHWA Qadınlar Universiteti “Xarici tələbələr üçün 2016-cı il Payız Qəbulu” elan edir.

Payız qəbulunda iştirak etmək niyyətində olan xarici tələbələr cari ilin 04-25 aprel tarixlərində EHWA Qadınlar Universitetinə müraciət edə bilərlər.

Sözügedən proqram Koreya dili və ədəbiyyatı, ingilis dili və ədəbiyyatı, siyasi elmlər və beynəlxalq münasibətlər, dövlət idarəçiliyi, iqtisadiyyat, sosiologiya, psixologiya, riyaziyyat, statistika, kimya, ətraf mühit elmləri və mühəndisliyi, səhiyyə və s. sahələri əhatə edir.

Proqram haqqında ətraflı məlumatı http://admission.ehwa.ac.krhttp://enter.ehwa.ac.kr keçidlərindən əldə etmək olar.