21.09.2015 12:11

İctimaiyyətlə əlaqələr sahəsində institusional inkişaf üzrə koordinator

Tapşırığın adı: İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR SAHƏSİNDƏ İNSTİTUSİONAL İNKİŞAF ÜZRƏ KOORDİNATOR
İcra olunduğu yer: Azərbaycan Respublikasının Təhsil Nazirliyi
 
İcra müddəti: aprel 2015 – mart 2016
 
Tapşırıq və Vəzifələr:
• Təhsil Nazirliyinin icra qurumlarının, dövlət ali və orta ixtisas təhsil müəssisələrinin ictimaiyyətlə əlaqələr xidmətlərinin institusional inkişafı ilə bağlı təkliflər planlarının hazırlanması; bununla əlaqəli fərdi və fokus qruplarla tələbatların öyrənilməsi məqsədilə müsahibələrin və təhlillərin aparılması;
• Kadr potensialının gücləndirilməsinə xidmət edəcək təlimlərin, seminarların, brifinqlərin, dəyirmi masaların və diskussiyaların təşkili;
• Dövlət təhsil qurumlarının və təhsil müəssisələrinin ictimaiyyətlə əlaqələr xidmətlərinə təlim planlarının inkişafında köməklik göstərilməsi;
• İctimaiyyətlə əlaqələr sahəsinə aid layihələrin əlaqələndirilməsi;
• Dövlət təhsil qurumlarının ictimaiyyətlə əlaqələr sahəsində uğurlu təcrübələrinə aid məqalələrin və analitik yazıların hazırlanması;
• Dövlət təhsil qurumlarının və təhsil müəssisələrinin ictimaiyyətlə əlaqələr xidmətlərinin vətəndaş birlikləri və sosial şəbəkələrlə iş, komandaların formalaşması, təşkilatı və ünsiyyət bacarıqları sahəsində peşəkarlıqlarının inkişafı;
• Dövlət təhsil müəssisələrindəki ictimaiyyətlə əlaqələr mütəxəssisləri ilə birgə fəaliyyətin təşkili;
• İctimaiyyətlə əlaqələrin institusional inkişafı sahəsində fəaliyyət göstərən peşəkarlar şəbəkələri ilə təcrübə mübadiləsi məqsədi ilə tərəfdaşlığın inkişafı.
 
İxtisas tələbləri:
• Jurnalistika, filologiya, idarəetmə və digər humanitar elmlər üzrə ali təhsili;
• İctimaiyyətlə əlaqələr sahəsində ən azı 5 il iş təcrübəsi;
• İnstitusional potensialın gücləndirilməsi sahəsində iş təcrübəsi olan şəxslərə üstünlük veriləcək;
• Azərbaycan və rus dillərində mükəmməl, ingilis dilində isə orta səviyyədə dil bacarığı;
• Kompüter bilikləri.
Müraciət forması:
Maraqlanan şəxslər vakansiyanın adını göstərməklə tərcümeyi-halı (CV) y.manafova@edu.gov.az ünvanına göndərə bilər.
 
Son təqdim edilmə tarixi: 02 mart 2015-ci il, saat 18:00-dək
 
Əlaqə üçün məlumat:
Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə,
AZ1025, Bakı şəhəri, Nobel prospekti, 15.
Əlaqə telefonları: (99 412) 488 66 47/48; Faks: (99 412) 488 66 49