Dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin keyfiyyətinin təmin edilməsi

(nəşr hüququnun verilməsi)

 

Ümumi təhsil pilləsi üzrə:

 

Təhsil Nazirliyinin təşəbbüsü əsasında dövlət ümumtəhsil müəssisələrinin 2, 3, 4, 7, 10 və 11-ci sinifləri üçün ümumilikdə 233 adda dərslik və müəllim üçün metodik vəsaitə nəşr hüququ (qrif) verilmişdir. Onlardan 11-ci sinif dərslikləri Azərbaycan, rus və gürcü bölmələri üçün olmaqla yeni hazırlanmış və Dərslikləri Qiymətləndirmə Şurası tərəfindən qiymətləndirilmişdir. 

2018-ci ilin mart ayından başlayaraq 11-ci siniflər üçün yeni hazırlanmış bütün dərslik və müəllim üçün metodik vəsaitlərə (mmv) dair ictimai rəyin öyrənilməsinə başlanılmışdır. Bu məqsədlə 11-ci siniflər üçün yeni hazırlanmış dərslik və mmv-lərin layihələri www.trims.edu.az saytının "İctimai müzakirə" bölməsinə yerləşdirilmişdir. Ictimai rəyin öyrənilməsi çərçivəsində Dövlət İmtahan Mərkəzinə, o cümlədən müxtəlif digər müvafiq yerli və beynəlxalq qurumlara müraciətlər edilmiş, irad və təkliflərin alınması üçün əlaqələr qurulmuşdur. 2018-ci ilin iyul ayının sonlarında yekunlaşan proses zamanı ümumilikdə 1273 məktubun daxil olması müşahidə edilmişdir.

 

Digər təşəbbüslər (fərdi müraciətlər, müxtəlif qurumlardan daxil olan və s.) əsasında daxil olan 5 metodik vəsaitə ümumtəhsil müəssisələrində istifadə edilmək üçün nəşr hüququ (qrif) verilmişdir

 

İlk peşə-ixtisas, orta ixtisas və ali təhsil pillələri üzrə:

 

Peşə təhsil müəssisələri üçün 2018-ci il ərzində "Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi qaydaları"na əsasən  31 dərsliyə nəşr hüququ (qrif) verilmişdir.

Orta ixtisas təhsil müəssisələri üçün 2018-ci il ərzində "Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi qaydaları"na əsasən 188 fənn proqramına və 2 dərsliyə nəşr hüququ (qrif) verilmişdir.

Ali təhsil müəssisələri üçün 2018-ci il ərzində "Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi qaydaları"na əsasən  597 fənn proqramına, 87 dərsliyə nəşr hüququ (qrif) verilmişdir.

Ümumilikdə 2018-ci ildə bütün təhsil pillələri üzrə 1129 tədris vəsaitinə nəşr hüququ (qrif) verilmişdir.

 

Keyfiyyəti təmin edilmiş (nəşr hüququ verilmiş) dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin ictimaiyyət üçün açıqlanması:

 

Tədris resurslarının idarəolunmasının məlumat sistemi kimi fəaliyyət göstərən www.trims.edu.az saytında dövlət ümumtəhsil müəssisələrinin istifadəsində olan dərslik və metodik vəsaitlər barədə məlumatlar, eləcə də, onların PDF formatı yerləşdirilmişdir.  Bununla yanaşı qeyd ediən saytda ilk-peşə ixtisas təhsili müəssisələri üçün tərtib edilən və müstəsna hüquqları Təhsil Nazirliyində olan dərsliklər barədə məlumat və onların PDF formatları da yerləşdirilmişdir. Yarandığı dövrdən indiyədək www.trims.edu.az saytı 5 milyon dəfədən çox istifadə edilmişdir. 

 

Dövlət ümumtəhsil müəssisələrinin tədris resursları ilə təminatı:

 

2018/2019-cu tədris ilinə dövlət ümumtəhsil məktəblərinin tədris resurslarına tələbatının ödənilməsi məqsədilə:

- I-XI siniflər üçün 338 adda 7246037 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap edilərək yerlərə paylanmışdır. İstifadədə olan bütün dərslik və metodik vəsaitlərin elektron variantları www.trims.edu.az saytına yerləşdirilmişdir;

- Məktəbəhazırlıq qrupları üçün 14 adda 414040 dərslik və müəllim üçün metodik vəsait satın alınmışdır;

- 43 adda 193500 nüsxə tədris ədəbiyyatı satın alınaraq yerlərə paylanılmışdır;

- Görmə məhudiyyətli  şagirdlərin istifadəsi məqsədilə V-IX siniflər üçün “Azərbaycan tarixi”, “Ədəbiyyat” fənləri, VI-IX siniflər üçün “Biologiya” fənni üzrə ümumilikdə 13 adda audio dərsliklər  hazırlanmışdır.