Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 05 sentyabr tarixli, 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı Təhsil Nazirliyinin 2013-cü il üzrə İş Planlarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 05 sentyabr tarixli, 2421 nömrəli Sərəncamının icrası məqsədilə
 
ƏMR EDİRƏM:
 
1. “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı Təhsil Nazirliyinin 2013-cü il üzrə İş Planları təsdiq edilsin (əlavə olunur).
2. Təhsil Nazirliyinin bütün struktur bölmələri və tabelikdə olan müəssisələr “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsini təmin etsinlər və görülən işlər barədə mütəmadi olaraq rəhbərliyə məlumat təqdim etsinlər.
3. Təhsil Nazirliyində yaradılmış Korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupu Təhsil Nazirliyinin “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini koordinasiya etsin. 
4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu əmrin və İş Planlarının “Azərbaycan müəllimi” qəzetində və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin. 
5. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm. 
Əsas:   “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 05 sentyabr tarixli, 2421 nömrəli Sərəncamı və Sərəncamın icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 sentyabr 2012-ci il tarixli 17/RA-859-18/12/26/25/31/10/14/29/22/11/21 nömrəli məktubu.  
 
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının
təhsil naziri
28 dekabr 2012-ci il
№ 2834

 
Əlavə: