İxtisasartırma təhsilinin Kurikulum Çərçivəsi və ixtisasartırma təhsili proqramlarının qiymətləndirilməsinə dair təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 2010-cu il tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlavə təhsilin məzmunu,  təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası»na uyğun olaraq məktəbəqədər, ümumi, ilk peşə-ixtisas və məktəbdənkənar təhsil müəssisələrinin rəhbər və pedaqoji kadrları üçün ixtisasartırma təhsilinin modul-kredit əsaslı yeni model üzrə həyata keçirilməsini, ixtisasartırma təhsili sistemində rəqabət mühitinin formalaşdırılmasını, müvafiq ixtisasartırma təhsili proqramlarının qiymətləndirilməsi və tətbiqi mexanizminin yaradılmasını təmin etmək məqsədilə
 
ƏMR EDİRƏM:
 
1. “Məktəbəqədər, ümumi, ilk peşə-ixtisas və məktəbdənkənar təhsil müəssisələrinin rəhbər və pedaqoji kadrları üçün ixtisasartırma təhsilinin Kurikulum Çərçivəsi” və “İxtisasartırma təhsili proqramlarının qiymətləndirilməsi və tətbiqinə dair təlimat” təsdiq edilsin (əlavə olunur).
2. Əlavə təhsil müəssisələri tərəfindən təqdim olunan ixtisasartirma təhsili proqramlarının qiymətləndirilməsi və tətbiqinə icazə verilməsini həyata keçirmək üçün aşağıdakı tərkibdə komissiya yaradılsın:

Ənvər Abbasov  Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin direktoru, komissiyanın sədri
Ağababa İbrahimov Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş  şöbəsinin müdiri, üzv
Zöhrab Kəlbəliyev Ştrateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin Əlavə təhsil sektorunun müdiri, üzv
Nərminə Alnağıyeva Məktəbəqədər təhsil sektorunun müdiri, üzv
Rəsul Əsgərov Təhsil Problemləri İnstitutunun İlkin Peşə Təhsilinin İnkişaf  Mərkəzinin direktoru, üzv
Piralı Əliyev Təhsil Problemləri İnstitutunun Tərbiyənin ümumi  problemləri şöbəsinin müdiri, üzv
Zülfiyyə Veysova Bakı Avropa Liseyinin direktoru, üzv

 

3. Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsi (F.Qədirov):
4.1. İxtisasartirma təhsilinin Kurikulum Çərçivəsi əsasında ayrı-ayrı kateqoriyadan olan rəhbər və pedaqoji kadrlar üçün zəruri ixtisasartırma təhsili proqramlarının hazırlanması və qiymətləndirməyə təqdim edilməsi barədə elan verilməsini təmin etsin.
4.2. Əlavə təhsil müəssisələri tərəfindən təqdim olunan ixtisasartirma təhsili proqramlarının qiymətləndirilməsi üçün müvafiq ekspert işçi qruplarının yaradılmasını, qiymətləndirmənin nəticələrinə dair işçi qrupların hesabatları nəzərə alınmaqla proqramların tətbiqi barədə komissiyanın çıxardığı qərar əsasında təlimata uyğun digər proseduraların yerinə yetirilməsini təşkil etsin.
4.3. Tətbiqinə icazə verilmiş ixtisasartirma təhsili proqramlarından ibarət “İxtisasartırma Kataloqu”nun tərtib edilməsini və müntəzəm olaraq yeniləşdirilməsini təmin etsin.
5. 5. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu əmr və ona əlavələrin, hazırlanacaq “İxtisasartırma Kataloqu”nun Təhsil Nazirliyinin rəsmi İnternet saytında yerləşdirilməsini və mətbuatda dərc olunmasını təmin etsin.
6. Ümumi şöbə (X.Fərəcov)  əmrin əlavələri ilə birlikdə çoxaldılıb əlavə təhsil müəssisələrinə göndərilməsini təmin etsin.
7. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.  
 
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
18 aprel 2012-ci il
№597

Əlavələr: