Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“STUDY IN AZERBAIJAN” layihəsi

Yaranma tarixi: 2019-cu il

 

Məqsəd: Əcnəbi vətəndaşların Azərbaycanda təhsilinin təşviqini təmin etmək, Azərbaycanda ali təhsil almaq istəyən əcnəbilərə müvafiq məlumat dəstəyi ilə yanaşı, həm də “Study in Azerbaijan” layihəsinin (SIA) elektron poçt və sosial media hesablarına göndərilən müraciətlərin cavablandırılmasını həyata keçirməkdir. Eyni zamanda, layihə çərçivəsində təhsil almaq hüququ qazanmış əcnəbi vətəndaşlara viza, miqrasiya və AR-də yerləşmə məsələlərində dəstək göstərilir.

 

Məlumat: studyinazerbaijan.edu.az internet səhifəsi əcnəbi tələbələrin Azərbaycanda təhsili barədə rəsmi məlumat mənbəyi kimi fəaliyyət göstərir. SIA portalında əcnəbilərin Azərbaycanda ali təhsili ilə bağlı çoxsaylı məsələlər işıqlandırılır. Bunların arasında Azərbaycanı təhsil üçün seçmək səbəbləri,ali təhsil müəssisələrinin təklif etdiyi müxtəlif səviyyələrdə və dillərdə təhsil proqramları, təqaüd imkanları, qəbul qaydaları və proseduru, məzunlar barədə məlumat, statistik hesabatlar və Azərbaycanda təhsilin şərtləri var.  

 

Əhatə dairəsi: Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2023-cü il tarixli Sərəncamı ilə “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində əcnəbi vətəndaşların AR-in ali təhsil müəssisələrində təhsili üçün təhsil qrantı proqramı təsis edilmiş və 2024-2025-ci tədris ilindən başlayaraq hər il 100 təhsil qrantı olmaqla 5 (beş) il müddətində qəbul həyata keçirilir.

 

Qeyd edək ki, bu proqrama əsasən, İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına üzv ölkələr, İnkişaf etməkdə olan Kiçik Ada Dövlətləri qrupuna daxil olan ölkələr və xalqımızla etnik, tarixi və mədəni bağlara malik xalqların və milli azlıqların yaşadığı ölkələrin vətəndaşlarının 5 il ərzində Azərbaycan Respublikasının ali təhsil müəssisələrində müxtəlif təhsil səviyyələri üzrə təhsil almaları nəzərdə tutulub. Təhsil qrantı dövlət hesabına ödənilən təhsil haqqı, viza, qeydiyyat, aylıq təqaüd, tibbi yardım və beynəlxalq nəqliyyat (ildə bir dəfə ölkələrindən gəliş-gediş) xərclərini əhatə edir.

 

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 dekabr tarixli 3457 nömrəli və 2018-ci il 10 yanvar 3567 nömrəli Sərəncamları ilə müvafiq olaraq İslam Əməkdaşlıq Təşkilatına (İƏT) və Qoşulmama Hərəkatına (QH) üzv dövlətlərin vətəndaşlarının Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alması üçün təhsil qrantları təsis edilmişdir. Təhsil qrantının verilməsinə 2018/19-cu tədris ilindən etibarən 5 il ərzində - 2023-cü ilədək həyata keçirilmişdir.

 

Azərbaycan Respublikası ilə digər ölkələr arasında təhsil sahəsində əməkdaşlıq çərçivəsində bağlanan hökumətlərarası müqavilələr çərçivəsində (HTP) ayrılmış təqaüd yerləri üzrə Çin Xalq Respublikası, Rumıniya, Qazaxıstan Respublikası, Macarıstan, Qırğız Respublikası, Somali Federativ Respublikası, Özbəkistan Respublikası, Ruanda Respublikası və Mərakeş Krallığı vətəndaşları Azərbaycanda təhsil almaq hüququna malikdir. Hökumətlərarası təqaüd proqramları çərçivəsində dövlət hesabına ödənilən təhsil haqqı, yataqxana xərcləri, aylıq təqaüd, tibbi xidmət xərcləri qarşılanır.

 

İnternet resursları: