• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İmtahan sessiyasının təşkili və keçirilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmri (2019-2020 Yaz semestri)

Ali və orta ixtisas təhsili müəssisələrində 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkil etmək məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

 

əmr edİrəm:

 

1. Ali və orta ixtisas təhsili müəssisələrində 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası 2020-ci il iyun ayının 8-də başlamaqla 5 həftə müddətində keçirilsin. 

2. İmtahan sessiyası və ixtisaslar üzrə yekun dövlət attestasiyasının təşkili zamanı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”ə riayət olunsun.

3. İmtahan sessiyası və ixtisaslar üzrə yekun dövlət attestasiyası “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 may tarixli 179 nömrəli Qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2020-ci il 20 may tarixli 01-11-522/15 nömrəli və 01-11-523/15 nömrəli məktublarında göstərilən şərtlərə riayət etməklə Təhsil Nazirliyi ilə razılaşdırılmış və ali (orta ixtisas) təhsil müəssisəsinin ali idarəetmə orqanında təsdiq edilmiş qaydalara uyğun olaraq təşkil edilsin.

4. Ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri:

- imtahan sessiyasının qüvvədə olan normativ sənədlər əsasında təşkil olunmasını təmin etsinlər;

- imtahan sessiyasının və yekun dövlət attestasiyasının texniki vasitələrdən istifadə olunmaqla onlayn rejimdə keçirilməsinə üstünlük verilsin;

- rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı yaratsınlar və qərargaha daxil olan hər bir şikayətin operativ şəkildə araşdırılmasını təmin etsinlər;

- imtahanların təşkilində və gedişatında nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görsünlər;

- imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətində Təhsil Nazirliyinə yekun hesabat təqdim etsinlər.

5. Elm, ali və orta ixtisas təhsili (Y.Piriyev) və Daxili nəzarət (İ.Mahmudov) şöbələri:

- imtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində təhsil müəssisələrində baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatları operativ araşdıraraq onların yerində həll edilməsini təmin etsinlər. Bu hallara yol vermiş şəxslər müəyyənləşdirilərək onlar barəsində tədbirlərin görülməsi və nəticəsi barədə Nazirliyin rəhbərliyini məlumatlandırsınlar;

- ali və orta ixtisas təhsili müəssisələrində imtahan sessiyası və ixtisaslar üzrə yekun dövlət attestasiyasının təşkili, keçirilməsi və nəticələri barədə müvafiq arayışları müzakirəyə təqdim etsinlər.

6. İnformasiya şöbəsi (E.Məmmədov) tapşırılsın:

- Nazirliyin «Qaynar xətt» xidmətinin fəaliyyəti və imtahan sessiyasının gedişatı barədə kütləvi informasiya vasitələrinə müntəzəm olaraq məlumatın verilməsini təmin etsin;

- əmrin Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.

7. Əmrin icrasına nəzarət nazir müavini F.Qurbanova tapşırılsın.

 

 

Ceyhun BAYRAMOV,

Azərbaycan Respublikasının Təhsil naziri

2 iyun 2020-ci il

F-277