• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Sabahın alimləri” respublika müsabiqəsi

“Sabahın alimləri” respublika müsabiqəsi hər il ABŞ-də keçirilən ISEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə milli seçim turudur. Müsabiqədə  ölkəmizin bütün regionlarında fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri iştirak edə bilərlər. Müsabiqənin dili Azərbaycan və rus dilləridir (ingilis dilini də bilmək şərtdir). Müsabiqədə iştirak ödənişsizdir. Şagirdlər 8 kateqoriya üzrə müsabiqədə iştirak edə bilərlər:


- riyaziyyat;
- fizika, astronomiya;
- kimya;
- biologiya (zoologiya, botanika, mikrobiologiya, genetika və molekulyar biologiya, biokimya);
- tibb və sağlamlıq;
- ekologiya, ətraf mühitin idarə olunması;
- mühəndislik;
- kompüter elmləri.

Qeyd olunan müsabiqənin keçiriləcəyi tarix əvvəldən elan edilir. 

 

Şagirdlər https://sabahinalimleri.edu.az/ portalında qeydiyyatdan keçərək buradakı lazımi formaları doldurmaqla müvafiq elektron ünvanlara göndərirlər.