Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Təhsil Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və “Ümidli Gələcək” Gənclər Təşkilatı tərəfindən təlimçilər üçün keçirilən ikinci təlim kursu başa çatıb.
İctimai Səhiyyə və İslahatlar Mərkəzində Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun, həmçinin Təhsil Problemləri İnstitutunun əməkdaşları üçün “Təhsil müəssisələrində reproduktiv sağlamlığın tədrisi” mövzusunda təşkil olunmuş təlim kursu üç gün davam edib. Təlimin sonunda kursu uğurla başa vuran 25 nəfərə “təlimçilər üçün təlimçi” sertifikatı təqdim olunub.
Xatırladaq ki, təlimlərin keçirilməsində məqsəd gənc nəslin zərərli vərdişlərdən qorunmasına, yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı aparılan maarifləndirmə işlərinə töhfə verməkdən ibarətdir.
Təlimlər Təhsil Nazirliyinin baş məsləhətçiləri Elnur Əlizadə, Vəfa Yaqublu, həmçinin Səhiyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin məsul əməkdaşları Nabil Seyidov, Teymur Hüseynov, Afət Məmmədova və Azərbaycan Dövlət İdarəçilik Akademiyasının dosenti Gülarə Hüseynova tərəfindən aparılıb.
11 il əvvəl
Digər xəbərlər
-
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
06.10.2026 - 11:36 -
Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşları qəbul edəcək
05.10.2026 - 17:22 -
Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib
05.10.2026 - 16:07 -
Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsilin inkişafında xidmətləri olan təhsil işçiləri təltif ediliblər
05.10.2026 - 14:28 -
Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edəcək
02.10.2026 - 17:19
