• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Noyabrın 19-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində İncəsənət Kolleci müəllimlərinin yaradıcılıq sərgisi keçirilib.

Təsviri, dekorativ-tətbiqi, dizayn, heykəltəraşlıq, xalçaçılıq, bədii keramika, teatr-dekorasiya və s. incəsənət sahələrində yaradıcılıqla məşğul olan rəssam-müəllimlər sərgidə müxtəlif səpgili işləri ilə çıxış ediblər. Sərgidə mənzərə, portret, natürmort, bədii keramika, xalçaçılıq və digər növ və janrlarda işlənmiş 50-yə yaxın əsər nümayiş olunub.
Sərginin keçirilməsində məqsəd kollec müəllimlərinin öz tələbələri qarşısında müstəqil rəssam simasında çıxış etməklə gələcək rəssamlarda təsvir savadı ilə birgə yaradıcılıq arzusunu və həvəsini artırmaq, eyni zamanda müəllimlərlə tələbələr arasında yaradıcılıq körpüsü yaratmaqdır.
Qeyd edək ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci (keçmiş Ə.Əzımzadə adına Rəssamlıq Məktəbi) 90 illik tarixi ənənəyə malik təhsil ocağıdır. Müasir Azərbaycan təsviri və dekorativ sənətlərin yaranmasında və formalaşmasında mühüm rolu olan sənət məktəbi Azərbaycan rəssamları üçün daima “ana məktəb” rolunu oynayıb.
Azərbaycanın əksər görkəmli rəssamları bu sənət ocağının yetirməsi olub və sonralar rəssam-müəllim qismində sənət sirlərini gənc nəslə öyrədib. Bu ənənə Azərbaycan təsviri incəsənətinin inkişaf etməsinə, istedadlı rəssamların yetişməsinə və uğurlu nailiyyətlər əldə etməsinə şərait yaradıb.


9 il əvvəl