Təhsil Nazirliyinin musiqi məktəbləri yeni uğura imza atıb.
Aprelin 23-dən 26-dək ISESCO-nun, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Bakı Musiqi Akademiyasının iştirakı və Kainat Gənclər Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən "İslam Dünyasının Gənc klassik musiqi ifaçılarının 3-cü Beynəlxalq müsabiqəsi"ndə Bülbül adına orta ixtisas musiqi məktəbinin X sinif şagirdi Zərifə Alxazova violin ixtisası üzrə Gran-Pri mükafatına layiq görülüb. Məktəbin VIII sinif şagirdi Elarə Əliyeva fortepiano üzrə II yerə, hər ikisi violin ixtisası olmaqla IX sinif şagirdi Cəmilə Əsgərzadə II yerə, VII sinif şagirdi Əsədova Ləman III yerə layiq görülərək laureat adını qazanıblar.
Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin tələbələri də müsabiqənin qalibləri sırasındadır. Kollecin bu festivala qatılmış 5 nəfərdən ikisi fortepiano ixtisası üzrə - II-ci kurs tələbəsi Günel Rizvanova diplomant və II kurs tələbəsi Eldəniz Ələkbərzadə III yerə layiq görülərək laureat adını qazanıblar.
Musiqi festivalında Turkiyə, Mərakeş, Küveyt, Rusiya, Qazaxıstan, Özbəkistan, İran, Qırğızıstan, Indoneziya və Azərbaycan nümayəndələri iştirak edib. İfaçılar 2 yaş qrupu - 15 yaşadək və 15-20 yaşarası qruplar üzrə yarışıblar.
9 il əvvəl
Digər xəbərlər
-
“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində universitetlərdə görüşlər keçirilir
03.06.2025 - 10:09 -
Elm və təhsil naziri Daşkəsəndə vətəndaşları qəbul edəcək
02.06.2025 - 17:21 -
Vətəndaş müraciətlərinin statistikası
02.06.2025 - 16:35 -
Xankəndidə “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” keçirilib
02.06.2025 - 15:28 -
Qarabağ Universitetində AMEA-nın 80 illiyinə həsr olunmuş elmi konfrans keçirilib
01.06.2025 - 18:31