Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi, “ASAN xidmət” və "Təmiz Şəhər" ASC-nin birgə təşkilatçılığı ilə "Hər kağızı bir yarpağa dəyişək" müştərək layihəsi davam edir.
Layihənin həyata keçirilməsində əsas məqsəd ekoloji problemlərlə mübarizədə cəmiyyətin bütün təbəqələrinin iştirakını təmin etmək, real ekoloji layihələr vasitəsilə insanlar arasında maarifləndirmə işinin səmərəliliyini artırmaq və ekoloji mühitə dəyən zərəri minimuma endirmək məqsədilə tullantıların düzgün istifadəsini təşkil etməkdən ibarətdir.
Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA İctimai Birliyinin təşəbbüsü ilə baş tutan layihə çərçivəsində 13 fevral 2014-cü il tarixindən etibarən hər gün saat 15:00-dan 18:00-a qədər Bakı şəhərində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərinin hər birində kütləvi aksiya keçirilir. Keçirilən aksiyada ictimaiyyət nümayəndələrinin, dövlət orqanlarının, qeyri-hökumət təşkilalarının və özəl müəssisələrin iştirakı ilə kağız tullantılarının “ASAN xidmət” mərkəzlərində toplanılması nəzərdə tutulur.
Aksiyada iştirak etmək istəyənlər “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə istifadə olunmuş kağız və kağız məhsullarını təhvil verə bilərlər. Təhvil verilmiş hər 50 kiloqram kağız tullantısı qarşılığında isə 1 ağacın əkilməsi planlaşdırılır.
Təhsil Nazirliyi də "Hər kağızı bir yarpağa dəyişək" aksiyasına fəal şəkildə qoşulub. Belə ki, aksiyanın ilk günündə - fevralın 13-də 16 ümumtəhsil, 6 ilk peşə-ixtisas və 16 orta ixtisas təhsili müəssisəsi tərəfindən “ASAN xidmət” mərkəzlərinə ümumilikdə, 2500 kiloqrama yaxın tullantı kağız təhvil verilib. Təhsil müəssisələri tərəfindən aksiyada iştirakın davam etdirilməsi nəzərdə tutulub.
10 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
13.06.2026 - 17:43 -
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
13.06.2026 - 14:00 -
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
13.06.2026 - 11:20 -
Bu gün məktəblərdə “Son zəng” çalınır
13.06.2026 - 09:00 -
Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində keyfiyyətin yüksəldilməsi ilə bağlı görüş keçirilib
12.06.2026 - 17:40
