• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası İyunun 6-da Rusiya Federasiyasının ali təhsil müəssisələrində Azərbaycan Respublikası vətəndaşları üçün ayrılmış yerlərə tələbə qəbulu elan etmişdir.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyi arasında 2 fevral 2002-cü il tarixində imzalanmış “Təhsil sahəsində əməkdaşlıq haqqında” protokola əsasən tərəflərin qarşılıqlı olaraq ali təhsil müəssisələrində dövlət xətti ilə təhsil almaq məqsədilə hər il müəyyən sayda kvota ayırması nəzərdə tutulur.
Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyi 2013-2014-cü tədris ili üçün Rusiyanın ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən Azərbaycan Respublikası vətəndaşlarına 49 yer ayırmışdır.
Təhsil Nazirliyinin Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyi ilə apardığı müzakirələr nəticəsində 2013-2014-cü tədris ili üçün namizədlərin seçim prosedurlarının öncəki illərdə olduğu kimı saxlanılması barədə razılıq əldə olunmuşdur.
Rusiya Federasiyası ali təhsil müəssisələrinə keçirilən imtahanda iştirak etmək istəyən abituriyentlər Azərbaycan Respublikası ali təhsil müəssisələrinin qəbul imtahanında iştirak etmək üçün TQDK-da təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər. Namizədlərin qeydiyyatı 2013-cü il iyunun 10-dan 13-dək aparılacaq. Qeydiyyatdan keçən abituriyentlər 2013-cü il iyunun 16-da TQDK tərəfindən keçiriləcək test imtahanında iştirak edəcəklər.
Qəbul olunanların sənədləri Rusiya tərəfinə çatdırılmaq üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim edilməlidir.
Rusiya ali təhsil müəssisələrində təhsil ödənişsizdir. Yataqxana və digər xərclər tələbələr tərəfindən ödəniləcək. Tələbələr Azərbaycan tərəfindən aylıq təqaüdlə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 may 2010-cu il tarixli, 101 nömrəli qərarı ilə bakalavr, magistratura və ordinatura üzrə təhsil alanlara 150 ABŞ dolları, aspirantura üzrə isə 250 ABŞ dolları müəyyənləşdirilib) və ildə bir dəfə Rusiyaya pulsuz gediş-gəliş bileti ilə təmin olunacaqlar.
Təhsil Nazirliyi Azərbaycan və Rusiya arasındakı təhsil əlaqələrinin genişləndirilməsinə yönəlmiş bu təşəbbüsü yüksək dəyərləndirərək gələcəkdə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinə hazırdır.


9 il əvvəl