Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov “Dağıstan Respublikasının Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.
11 il əvvəl
Bu münasibətlə iyunun 25-də Təhsil Nazirliyində tədbir keçirilib.
Misir Mərdanov tədbiri giriş sözü ilə açaraq Azərbaycanla Dağıstan arasında mövcud olan tarixi və mədəni əlaqələrdən danışıb. Ümummilli lider Heydər Əliyevin Azərbaycan və Dağıstan xalqlarının qardaşlıq, dostluq əlaqələrinə böyük önəm verdiyini vurğulayan Misir Mərdanov bu ənənənin hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Nazir Azərbaycanla Dağıstan arasında təhsil sahəsi üzrə əməkdaşlıq imkanlarının artırılmasının zəruriliyinə də toxunub.
Tədbirdə iştirak edən Dağıstan Respublikasının Azərbaycan nümayəndəliyinin rəhbəri Maqomed Qurbanov Azərbaycan-Dağıstan əlaqələrinin yüksək inkişafından, son illər ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi uğurlardan söz açıb. Qonaq hər iki xalqın dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsində ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olduğunu, dövlətimizin başçısı tərəfindən göstərilən yüksək diqqəti xüsusi vurğulayıb.
Daha sonra Maqomed Qurbanov Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedovun sərəncamına əsasən, təhsil naziri Misir Mərdanova Dağıstan və Azərbaycan respublikaları arasında elmi əməkdaşlığın inkişafına verdiyi böyük töhfələrə görə “Dağıstan Respublikasının Əməkdar elm xadimi” fəxri adının verildiyini bildirib. M.Qurbanov müvafiq diplomu və fəxri adın verilməsi haqqında vəsiqəni Misir Mərdanova təqdim edib.
Təhsil naziri Misir Mərdanov ona verilən bu yüksək fəxri ad üçün Dağıstan Respublikasının rəhbərliyinə, bu respublikanın Azərbaycandakı təmsilçisinə təşəkkürünü bildirib.
Digər xəbərlər
-
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin açıqlaması
26.10.2026 - 11:08 -
“Qızların Təhsilinə Dəstək” layihəsinin 5 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
22.10.2026 - 19:40 -
Elm və Təhsil Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün qrant müsabiqəsi elan edir
22.10.2026 - 16:32 -
Elm və təhsil naziri SABAH proqramının tələbələri ilə görüşüb
22.10.2026 - 09:50 -
Firudin Qurbanov I Ailə Forumunda iştirak edib
21.10.2026 - 19:05
