Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Oktyabrın 21-də təhsil naziri Misir Mərdanov Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sabir Əbdülqadir Mansurla görüşüb.
Qonağı səmimi salamlayan Misir Mərdanov onu Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə edib. Azərbaycanın Misir Ərəb Respublikası ilə əlaqələrindən, ölkələrarası səmimi münasibətlərdən söz açan nazir təhsil sahəsində də ikitərəfli əməkdaşlığın inkişafına xüsusi önəm verildiyini bildirib. Nazir azərbaycanlı tələbələrin Misirin müxtəlif nüfuzlu universitetlərində, Misir Ərəb Respublikasından olan tələbələrin isə ölkəmizin ali məktəblərində təhsil aldıqlarını nəzərə çatdırıb.
Səmimi qəbul üçün təhsil nazirinə minnətdarlığını bildirən Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sabir Əbdülqadir Mansur ölkələrimiz arasındakı qarşılıqlı tələbə mübadiləsi məsələsinə toxunub, Misirdə Azərbaycanın ali məktəblərində təhsil almağa böyük maraq olduğunu vurğulayıb. Səfir ölkəsinin ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrə hər cür şərait yaradıldığını deyib və Azərbaycan-Misir təhsil əlaqələrinin daha da dərinləşəcəyinə əminliyini ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, müvafiq müzakirələrin təhsil sahəsindəki əməkdaşlığa yeni töhfələr verəcəyi nəzərə çatdırılıb.
10 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
13.06.2026 - 17:43 -
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
13.06.2026 - 14:00 -
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
13.06.2026 - 11:20 -
Nazir müavini İdris İsayev BDU-nun "Məzun günü" tədbirində iştirak edib
13.06.2026 - 10:00 -
Bu gün məktəblərdə “Son zəng” çalınır
13.06.2026 - 09:00
