Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Oktyabrın 13-də Bakı Dövlət Universitetində MDB humanitar universitetləri rektorlarının və humanitar fakültə dekanlarının forumu işini davam etdirib.
Forum iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş Vətən övladlarının uyuduqları Şəhidlər xiyabanını ziyarət edən forum iştirakçıları məzarların üzərinə güllər qoyublar.
Sonra Bakı Dövlət Universitetində işini davam etdirən forumda iştirakçıların təqdimatı keçirilib.
Forum iştirakçılarını salamlayan Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov belə bir beynəlxalq tədbirin ilk dəfə Bakıda keçirilməsini yüksək dəyərləndirib, onun əhəmiyyətini vurğulayıb. Müstəqillik illərində Azərbaycanda təhsil sahəsində aparılmış köklü islahatlar barəsində iştirakçılara məlumat verən nazir bunun 1993-cü ildən, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başladığını nəzərə çatdırıb. Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan geniş quruculuq işlərindən danışan Misir Mərdanov bu inkişafın təhsil sahəsində də əsaslı keyfiyyət dəyişikliyinə səbəb olduğunu, 2 mindən çox məktəbin və əlavə tədris korpusunun inşa edildiyini, təhsilin maddi-texniki bazasının möhkəmlənməsi istiqamətində ardıcıl tədbirlər görüldüyünü qeyd edib. Təhsilin informasiyalaşdırılmasına, müasir texnoloji vasitələrin tətbiqinə geniş yer verildiyini bildirən təhsil naziri, hazırda ölkə üzrə hər 20 şagirdə 1 komüter düşdüyünü söyləyib. Nazir bu sahədə Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolunu, həyata keçirdiyi layihələrin əhəmiyyətini xüsusi vurğulayıb. Təhsil naziri iştirakçılara Azərbaycanda ali təhsilin inkişafı istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib, MDB humanitar universitetləri rektorlarının və humanitar fakültə dekanlarının Bakı forumunun sahə üzrə əlaqələrin inkişafı, mövcud problemlərin təhlili və aradan qaldırılması yollarının araşdırılması baxımından rolunu qeyd edib, beynəlxalq tədbirin işinə uğurlar arzulayıb.
Rusiya Federasiyasının MDB İşləri, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyinin nümayəndəsi Ənvər Şeyxov forum iştirakçılarını Agentliyin rəhbəri Farit Muxametşinin adından salamlayıb, onun təbrik məktubunu oxuyub. Federal Agentliyin bu il 85 yaşının qeyd edildiyini forum iştirakçılarının diqqətinə çatdıran Ənvər Şeyxov qurumun həm MDB daxilində, həm də digər ölkələrdə həyata keçirdiyi çoxsaylı layihələr barədə məlumat verib.
Rusiya Dövlət Humanitar Universitetinin rektoru, Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Yefim Pivovar rəhbərlik etdiyi təşkilat adından Azərbaycan hökumətinə beynəlxalq tədbirin ilk dəfə Bakıda keçirilməsinə göstərdiyi köməyə görə minnətdarlığını bildirib. Yefim Pivovar Rusiya Rektorlar İttifaqının, Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin foruma təbrik məktublarını iştirakçıların nəzərinə çatdırıb.
Forumun gündəliyi təsdiq edildikdən sonra Yefim Pivovar “MDB dövlətlərində humanitar təhsil: problemlər və inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış edib.
Nahardan sonra forum işini “MDB dövlətlərinin humanitariyaları arasında əməkdaşlığın istiqamətləri və perspektivləri” mövzusunda “Dəyirmi masa”da davam etdirib. İştirakçılar Bakı forumunun yalnız humanitar universitetlər deyil, eyni zamanda, MDB xalqları arasında əməkdaşlığın və dostluq münasibətlərinin inkişafına müsbət təsir göstərəcəyinə ümidvar olduqlarını bildiriblər. MDB ölkələrinin humanitar sahə universitetlərinin əməkdaşlığının möhkəmləndirilməsi məqsədilə forumun daimi fəaliyyət göstərməsi, onun internet-portalının hazırlanması, müvafiq sahələr üzrə ekspert komissaylarının, illik elmi nəşrinin yaradılması barədə qərar qəbul edilib, bu beynəlxalq tədbirin ardıcıl təşkili Əlaqələndirmə Şurasına həvalə olunub.
Daha sonra MDB humanitar universitetləri rektorlarının və humanitar fakültə dekanlarının forumunun yekunlarına dair mətbuat konfransı keçirilib.
Mətbuat konfransında Bakı forumunun işi yüksək qiymətləndirilib. Qeyd olunub ki, forum humanitar sahə üzrə əlaqələrin inkişafı, mövcud problemlərin təhlili və birgə səylərlə aradan qaldırılması yollarının araşdırılması istiqamətində mühüm rol oynayacaqdır.
Konfransda, həmçinin MDB ölkələrinin humanitar universitetlərinin əməkdaşlığının möhkəmləndirilməsi məqsədi ilə forumda qəbul olunmuş qərarlar haqqında məlumat verilib.
Sonda Bakı Slavyan Universiteti ilə Rusiya Dövlət Humanitar Universiteti arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb.
10 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
13.06.2026 - 17:43 -
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
13.06.2026 - 14:00 -
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
13.06.2026 - 11:20 -
Nazir müavini İdris İsayev BDU-nun "Məzun günü" tədbirində iştirak edib
13.06.2026 - 10:00 -
Bu gün məktəblərdə “Son zəng” çalınır
13.06.2026 - 09:00
