Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
24-27 sentyabr tarixlərində Gürcüstanın Batumi şəhərində “Müəllimlərin ətraf mühit üzrə regional seminarı” keçirilib.
Seminar Norveç Təbiəti Mühafizə Cəmiyyətinin “Enerji və Resurslardan İstifadə üzrə Məktəbli Layihəsi” (SPARE) çərçivəsində baş tutub. Regional seminarda SPARE proqramının Azərbaycan üzrə milli əlaqələndiricisi Nailə İsmayılova, proqramın tətbiqi layihələr üzrə koordinatoru Mirabbas Məmmədov, Təhsil Nazirliyinin tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov, “Araz” Ekologiya liseyinin direktoru Südabəxanım Mikayılova, 284 saylı məktəbin coğrafiya müəllimi Sevinc Abbasova, 204 saylı məktəbin biologiya müəllimi Almaz Həsrət, “Zəkalar” liseyinin fizika müəllimi Gülçin Baxşıyeva iştirak ediblər.
Seminarın ilk günündə SPARE proqramının Azərbaycan üzrə milli əlaqələndiricisi Nailə İsmayılova ölkəmizdə müvafiq sahədə həyata keçirilən tədbirlərə dair “Pedaqoji innovasiyalar və tətbiqi məsələlərin vəhdəti” mövzusunda təqdimat edib. Seminarın “Pedaqoji innovasiyalar: ən yaxşı nümunələr və təcrübə mübadiləsi” mövzusuna həsr olunmuş sessiyasında azərbaycanlı müəllimlər tərəfindən müxtəlif pedaqoji yanaşmalara əsasən hazırlanmış dərs nümunələri təqdim olunub.
Onu da qeyd edək ki, Azərbaycanın 2003-cü ildən qoşulduğu və hazırda ölkəmizin 200-dən artıq məktəbini əhatə edən proqramın əsas məqsədi məktəb ictimaiyyətinə enerjiyə qənaət, resurslardan səmərəli istifadə edilməsinin zəruriliyi kimi əhəmiyyətli məsələləri aşılamaqdır. Proqramda fəal iştirak edən məktəblərdə davamlı energetika, bərpa olunan enerji mənbələri mövzuları tədris edilir, fakültativ məşğələlərdə, dərnəklərdə enerjinin səmərəliyinin artırılması istiqamətində əməli tədbirlər həyata keçirilir.
10 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
13.06.2026 - 17:43 -
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
13.06.2026 - 14:00 -
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
13.06.2026 - 11:20 -
Bu gün məktəblərdə “Son zəng” çalınır
13.06.2026 - 09:00 -
Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində keyfiyyətin yüksəldilməsi ilə bağlı görüş keçirilib
12.06.2026 - 17:40
