“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi və Salyan rayon Elxan Ağayev adına Arbatan kənd tam orta ümumtəhsil məktəbində “Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər keçirilib.
Tədbirlərdə Elm və Təhsil Nazirliyinin nümayəndələri Hilal Salmanov və Rövşən Ağayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Mahirə Hüseynova, Prezident Kitabxanasının direktoru Afət Abbasova, yerli icra strukturları, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dekan və kafedra müdirləri, Qərbi Azərbaycan İcmasının nümayəndələri, tələbələr, müəllimlər, əslən Qərbi Azərbaycandan olan valideynlər, yerli mətbuat orqanları əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
Açıq dərslər zamanı Qərbi Azərbaycanın tarixi-mədəni irsi, maddi-mədəniyyət abidələri, toponim və hidronimləri barədə məlumat verilib, mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb. Çıxışlarda gənc nəslin tarixi yaddaşının möhkəmləndirilməsi, milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, bu cür maarifləndirici tədbirlərin ölkənin digər regionlarında da davam etdirilməsi nəzərdə tutulur.
Səfər çərçivəsində məktəblərin kitabxana fonduna Qərbi Azərbaycana dair kitablar təqdim olunub.
Qeyd edək ki, sözügedən tədbirlərin keçirilməsində məqsəd şagirdlərin Qərbi Azərbaycanın tarixi və mədəni irsi haqqında biliklərinin artırılması, gənc nəslin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda maarifləndirilməsi olub.
29.09.2026 - 15:11
Digər xəbərlər
-
bp şirkətinin vitse-prezidenti “Maarifçi” proqramının iştirakçıları ilə görüşüb
21.10.2026 - 11:47 -
Nazir müavini Həsən Həsənli “AI Academy”nin ilk məzunlarının təltif olunduğu tədbirdə iştirak edib
20.10.2026 - 20:16 -
Süni intellekt və kibertəhlükəsizlik sahəsində inkişafın sürətləndirilməsi üzrə qrant müsabiqəsi elan edilir
20.10.2026 - 12:37 -
Elm və təhsil naziri Almaniyanın Saksoniya federal torpağının elm naziri ilə görüşüb
19.10.2026 - 17:39 -
Dövlət Proqramı məzunları üçün karyera sərgisi keçirilib
19.10.2026 - 16:33
