Həsən Həsənli “II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu” çərçivəsində keçirilən paneldə çıxış edib
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “İnsan kapitalına və gələcək bacarıqlara investisiya” mövzusuna həsr edilmiş panel sessiyada elm və təhsil nazirinin müavini Həsən Həsənli iştirak edib.
Panel müzakirəsi zamanı insan kapitalının iqtisadi inkişafda rolu, əmək bazarının dəyişən tələbləri, süni intellekt dövründə yeni bacarıqların formalaşdırılması, təhsil-sənaye əməkdaşlığı və təhsilə qoyulan investisiyaların uzunmüddətli iqtisadi təsiri ətrafında fikir mübadiləsi aparılıb.
Çıxışında Həsən Həsənli bildirib ki, müasir dövrdə insanları mövcud peşələrə hazırlamaqla yanaşı, onlara gələcəyin peşə və biznes imkanlarını formalaşdırmaq üçün zəruri bacarıqların aşılanması da mühüm əhəmiyyət daşıyır. Nazir müavini süni intellekt və rəqəmsal texnologiyaların əmək bazarını sürətlə dəyişdirdiyi şəraitdə dəyişikliklərə uyğunlaşan, yaradıcı düşünən və yeni imkanlar yarada bilən fərdlərin yetişdirilməsinin əsas vəzifələrdən olduğunu vurğulayıb. O, insan kapitalının inkişafına yönələn investisiyaların uzunmüddətli yanaşma tələb etdiyini bildirərək yeni nəslin yetişməsi və zəruri bacarıqlara yiyələnməsi üçün vaxt lazım olduğunu, bu istiqamətdə tədbirlərin indidən həyata keçirilməsinin vacibliyini bildirib. Bu xüsusda, nazir müavini təhsilalanlar və müəllimlər üçün süni intellekt əsaslı köməkçi alətlərin tətbiqi istiqamətində görülən işlər barədə də məlumat verib.
26.09.2026 - 16:20
Digər xəbərlər
-
bp şirkətinin vitse-prezidenti “Maarifçi” proqramının iştirakçıları ilə görüşüb
21.10.2026 - 11:47 -
Nazir müavini Həsən Həsənli “AI Academy”nin ilk məzunlarının təltif olunduğu tədbirdə iştirak edib
20.10.2026 - 20:16 -
Süni intellekt və kibertəhlükəsizlik sahəsində inkişafın sürətləndirilməsi üzrə qrant müsabiqəsi elan edilir
20.10.2026 - 12:37 -
Elm və təhsil naziri Almaniyanın Saksoniya federal torpağının elm naziri ilə görüşüb
19.10.2026 - 17:39 -
Dövlət Proqramı məzunları üçün karyera sərgisi keçirilib
19.10.2026 - 16:33
