Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin 10-cu plenar iclasında təmsil olunub
Fransa Respublikasının Strasburq şəhərində Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin (CDEDU) 10-cu plenar iclası keçirilib. İclasda Azərbaycanı Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Simuzər Feyzullayeva təmsil edib.
Avropa Şurasının təhsil sahəsində əsas hökumətlərarası komitəsi olan CDEDU üzv dövlətlər arasında təhsil siyasəti üzrə əməkdaşlıq və təcrübə mübadiləsi üçün mühüm platforma rolunu oynayır. 46 üzv dövlətin müvafiq elm və təhsil nazirliklərinin nümayəndələrinin iştirakı ilə keçirilən 10-cu plenar iclasda Avropa Şurasının 2024–2030-cu illər üzrə Təhsil Strategiyasının icrası, habelə təhsil sahəsində cari fəaliyyətlər və qarşıdakı dövr üçün prioritet istiqamətlər müzakirə olunub.
İclas çərçivəsində Elm və Təhsil Nazirliyinin nümayəndəsi rəqəmsal dövrdə müəllimlərin və digər təhsil işçilərinin rolunun gücləndirilməsi, süni intellekt və rəqəmsal texnologiyaların təhsildə tətbiqi, təhsildə gender bərabərliyinin təmin edilməsi, elmi-tədqiqat fəaliyyətinin təşviqi, o cümlədən elmi nəticələrin praktiki tətbiqinin stimullaşdırılması istiqamətində Azərbaycanda həyata keçirilən tədbirlər barədə məlumat verib.
28.09.2026 - 10:25
Digər xəbərlər
-
bp şirkətinin vitse-prezidenti “Maarifçi” proqramının iştirakçıları ilə görüşüb
21.10.2026 - 11:47 -
Nazir müavini Həsən Həsənli “AI Academy”nin ilk məzunlarının təltif olunduğu tədbirdə iştirak edib
20.10.2026 - 20:16 -
Süni intellekt və kibertəhlükəsizlik sahəsində inkişafın sürətləndirilməsi üzrə qrant müsabiqəsi elan edilir
20.10.2026 - 12:37 -
Elm və təhsil naziri Almaniyanın Saksoniya federal torpağının elm naziri ilə görüşüb
19.10.2026 - 17:39 -
Dövlət Proqramı məzunları üçün karyera sərgisi keçirilib
19.10.2026 - 16:33
