2026-2027-ci tədris ilinə start verilir
15.09.2026 - 08:00
Sentyabrın 15-də təqribən 2,2 milyon təhsilalan təhsilin müxtəlif pillələri üzrə yeni tədris ilinə başlayır.
2026-2027-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1,6 milyon şagirdin, ali təhsil müəssisələrində 260 min tələbənin, orta ixtisas təhsili müəssisələrində 64 min, peşə təhsili müəssisələrində 44 min tələbənin təhsil alacağı gözlənilir.
Bu tədris ilində məktəbəqədər təhsilin 226 min uşağı əhatə edəcəyi proqnozlaşdırılır.
Bu gün 124 min şagird birinci sinifdə təhsilə başlayır.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin ümumi təhsil müəssisələrində 2026-2027-ci tədris ilinin təşkili barədə müvafiq əmrinə əsasən, ölkə üzrə bütün II–XI siniflərdə yeni tədris ilinin ilk dərsi “Şəhərsalma və Memarlıq İli” mövzusuna həsr olunur.
Hər kəsə yeni tədris ilində uğurlar arzulayırıq!
Digər xəbərlər
-
Nazir Çin Xalq Respublikasının Pekin Kimya Texnologiya Universitetinin Şura sədri və Partiya Komitəsinin katibi ilə görüşüb
25.11.2026 - 17:34 -
Pakistan İslam Respublikasının Baş nazirinin Gənclər Proqramının Baş direktoru ilə görüş keçirilib
25.11.2026 - 15:30 -
IV “Maarifçi” tələbə-məzun proqramı yekunlaşıb
25.11.2026 - 13:05 -
“Böyük tənəffüs” məktəblilər üçün idman yarışı
23.11.2026 - 17:41 -
IV “Maarifçi” Tələbə-Məzun Forumu keçirilib
20.11.2026 - 18:00
