Nazir müavini Həsən Həsənlinin Qazaxdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
14.09.2026 - 12:10
Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin 23 sentyabr tarixində Qazax şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Belə ki, qəbul sentyabrın 24-də keçiriləcək.
Qəbulda Qazax rayon sakinləri iştirak edə bilərlər.
Adı çəkilən rayonun sakinləri 16 sentyabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.
Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.
Digər xəbərlər
-
Nazir Çin Xalq Respublikasının Pekin Kimya Texnologiya Universitetinin Şura sədri və Partiya Komitəsinin katibi ilə görüşüb
25.11.2026 - 17:34 -
Pakistan İslam Respublikasının Baş nazirinin Gənclər Proqramının Baş direktoru ilə görüş keçirilib
25.11.2026 - 15:30 -
IV “Maarifçi” tələbə-məzun proqramı yekunlaşıb
25.11.2026 - 13:05 -
“Böyük tənəffüs” məktəblilər üçün idman yarışı
23.11.2026 - 17:41 -
IV “Maarifçi” Tələbə-Məzun Forumu keçirilib
20.11.2026 - 18:00
