PISA 2025 – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələri təqdim edilib
Sentyabrın 8-də PISA 2025 – Şagirdlərin Beynəlxalq Qiymətləndirilməsi Proqramının nəticələrinin təqdimatına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 tədqiqatının nəticələri, Azərbaycanın əsas göstəriciləri və əvvəlki qiymətləndirmə dövrləri ilə müqayisəli nəticələr barədə təqdimatla çıxış edib.
Bildirilib ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən həyata keçirilən PISA 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə bilik və bacarıqlarını, bu bilikləri real həyat situasiyalarında tətbiq etmək qabiliyyətini qiymətləndirən beynəlxalq müqayisəli tədqiqatdır. PISA 2025-də 91 ölkə üzrə 760 min şagird iştirak edib. Azərbaycan ölkə üzrə 241 məktəbdən 7 432 şagirdlə tədqiqatda təmsil olunub.
PISA 2025-in nəticələrinə əsasən, bu qiymətləndirmə dövründə iştirak etmiş 91 ölkənin yalnız bir qismi əvvəlki dövrlə müqayisədə irəliləyiş göstərib: təbiət elmləri üzrə 34, riyazi savadlılıq üzrə 16 və oxu üzrə 18 ölkə. Azərbaycan isə nəinki irəliləyənlər sırasındadır, hətta hər üç istiqamət üzrə dünyada ən böyük sıçrayış edən 2-ci ölkədir.
Nazir vurğulayıb ki, PISA nəticələri təhsil siyasətinin formalaşdırılması və islahatların nəticələrinin qiymətləndirilməsi baxımından mühüm göstəricidir. Bu nəticələr yalnız statistik göstərici kimi deyil, həm də təhsil siyasətinin təhlili baxımından əhəmiyyətlidir. PISA nəticələri dərin təhlil aparmaq, təhsil siyasətini araşdırmaq, yeni islahatları müəyyənləşdirmək, əvvəlki islahatların necə işləməsi ilə bağlı nəticəyə gəlmək baxımından vacibdir. Təhsil siyasəti yalnız rəqəmlərə və statistik göstəricilərə əsaslanmamalı, eyni zamanda müəyyən prinsiplər və qaydalar üzərində qurulmalıdır.
Nazirin təqdimatından sonra tədbir sual-cavab formatında davam etdirilib.
08.09.2026 - 16:00
Digər xəbərlər
-
“Qızların Təhsilinə Dəstək” layihəsinin 5 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
22.10.2026 - 19:40 -
Elm və Təhsil Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün qrant müsabiqəsi elan edir
22.10.2026 - 16:32 -
Elm və təhsil naziri SABAH proqramının tələbələri ilə görüşüb
22.10.2026 - 09:50 -
Firudin Qurbanov I Ailə Forumunda iştirak edib
21.10.2026 - 19:05 -
bp şirkətinin vitse-prezidenti “Maarifçi” proqramının iştirakçıları ilə görüşüb
21.10.2026 - 11:47
