Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Maarifçi”lər Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri ilə görüşüb

IV “Maarifçi” tələbə-məzun proqramının iştirakçıları Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurovla görüşüb. 

 

Görüşdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, nazirliyin məsul əməkdaşları, həmçinin proqramın əvvəlki illərdə uğur qazanmış məzunları və IV “Maarifçi” proqramının iştirakçıları iştirak ediblər.

 

Kərəm Mansurov “Müasir məhkəmə sistemi və rəqəmsal gələcək” mövzusunda çıxış edib. Çıxış zamanı Məhkəmə-Hüquq Şurasının fəaliyyət istiqamətləri, məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunması, məhkəmə mədəniyyətinin formalaşdırılması, eləcə də rəqəmsal idarəetmə və süni intellektin ədalət mühakiməsində gələcək rolu barədə məlumat verilib.

 

Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri vurğulayıb ki, müasir məhkəmə sisteminin inkişafı hüquqi bilik və peşəkarlıqla yanaşı, yüksək etik davranış standartlarının qorunması, ictimai etimadın təmin edilməsi və yeni texnologiyaların yaratdığı imkanlardan səmərəli istifadə ilə sıx bağlıdır. Rəqəmsal gələcəyin yalnız texnoloji yenilikləri deyil, eyni zamanda yeni düşüncə tərzini, müasir idarəetmə mədəniyyətini və dəyişikliklərə açıq insan kapitalını ehtiva etdiyi qeyd olunub.

 

Görüşün sonunda iştirakçıların sualları cavablandırılıb, müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, “Maarifçi” tələbə-məzun proqramı Elm və Təhsil Nazirliyinin təşəbbüsü, Təhsilin İnkişafı Fondunun dəstəyi ilə 2024-cü ildən həyata keçirilir. İndiyədək proqramdan 102 gənc məzun olub. Hazırda 53 nəfər IV “Maarifçi” proqramı çərçivəsində Elm və Təhsil Nazirliyinin struktur bölmələri və tabeliyindəki qurumlarda, regional təhsil idarələrində, həmçinin Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində təcrübə keçir.


08.09.2026 - 14:00