Tələbələrin köçürülməsi prosesinə start verilir
1 il əvvəl
2025-2026-cı tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin köçürülməsi prosesinin elektron sənəd qəbulu mərhələsi elan olunur.
Elektron müraciətlərin qəbulu 2025-ci il iyulun 15-i saat 11:00-da başlayacaq və iyulun 22-si saat 18:00-da başa çatacaq. Köçürülmə prosesində iştirak etmək istəyən tələbələr portal.edu.az internet səhifəsində qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı, daha sonra sistemə daxil olub elektron müraciət formasını doldurmalı və təsdiq etməlidirlər.
Tələbələrin köçürülməsi ilə bağlı müəyyən edilmiş qaydalar, tələb olunan sənədlər və digər zəruri məlumatlarla aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərsiniz:
https://e-qanun.az/framework/56513
https://eatda.edu.az/melumatlar/telebelerin-kocurulmesi
Digər xəbərlər
-
Məktəblər üçün 146-4 texniki dəstək xətti fəaliyyətə başlayıb
11.11.2026 - 16:30 -
Nazir Çin Xalq Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb
11.11.2026 - 14:47 -
Şəki-Zaqatala regionunda təhsil işçiləri üçün antikorrupsiya mövzusunda təlim keçirilib
11.11.2026 - 09:58 -
Zəfər abidəsi ziyarət edilib
08.11.2026 - 16:19 -
İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib
07.11.2026 - 11:24
