Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək
1 il əvvəl
İyunun 1-də Şuşada Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Şuşa türk xalqları birliyinin mədəniyyət incisidir” adlı beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək.
Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalda türk dövlətlərinin məktəbliləri iştirak edəcəklər.
Beynəlxalq yaradıcılıq festivalının təşkilində məqsəd türkdilli dövlətlərdən olan uşaqlar arasında dostluq, qardaşlıq, əməkdaşlıq münasibətlərini daha da möhkəmləndirmək, uşaqlara öz ölkələrinin tarix və mədəniyyətini layiqincə təmsil etmək üçün şərait yaratmaq, eləcə də Şuşa şəhərinin füsunkar gözəlliyini tanıtmaqdır.
Konsert proqramında türk dövlətlərinin bədii kollektivlərinin 300 üzvü ölkələrinin musiqi və rəqs mədəniyyətini tamaşaçılara təqdim edəcək.
Festivalda həmçinin tanınmış mədəniyyət və incəsənət xadimləri, 150-yə yaxın məktəbli, şəhid övladları tamaşaçı qismində iştirak edəcəklər.
Layihə çərçivəsində qonaqlar 26 may – 2 iyun tarixlərində ekskursiyalarda da iştirak edəcək, ölkəmizin zəngin təbiəti, tarixi-memarlıq abidələri, quruculuq işləri ilə tanış olacaqlar.
Ətraflı məlumat üçün aşağıdakı sosial media səhifələrini izləyə bilərsiniz:
https://www.facebook.com/shushafestivali/
https://www.instagram.com/shushafestivali
Digər xəbərlər
-
Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaranmasının 10 illiyi çərçivəsində “Peşə Təhsili Forumu” keçirilib
18.11.2026 - 16:49 -
Meşələrin İnkişafı Xidmətinin və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə məlumatı
18.11.2026 - 13:30 -
Təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat
18.11.2026 - 13:00 -
Fövqəladə hallar zamanı davranış qaydalarına dair maarifləndirmə tədbirləri davam edir
18.11.2026 - 11:00 -
Tbilisidə “Study in Azerbaijan” təhsil sərgisi keçirilib
17.11.2026 - 15:36
