• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Bakıda “Qlobal ali təhsil gündəliyində iqlim dəyişikliyinə qarşı mübarizə” mövzusunda beynəlxalq forum keçirilib

11–12 sentyabr tarixlərində Elm və Təhsil Nazirliyi ilə “Times Higher Education” Beynəlxalq Reytinq Agentliyi arasında əməkdaşlıq çərçivəsində “Qlobal ali təhsil gündəliyində iqlim dəyişikliyinə qarşı mübarizə” mövzusunda beynəlxalq forum keçirilib. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən foruma Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Sumqayıt Dövlət Universiteti evsahibliyi edib.
 

Forumun məqsədi Birləşmiş Millətlər Təşkilatının (BMT) 13-cü Dayanıqlı İnkişaf Məqsədinin dəstəklənməsində ali təhsil müəssisələrinin rolunu artırmaq, iqlim böhranını həll etmək üçün ali təhsil müəssisələri və digər maraqlı tərəflərin birgə əməkdaşlığını təşviq etmək, o cümlədən elmi tədqiqatda iqlim dəyişikliyinə qarşı mübarizənin əhəmiyyəti barədə fikir mübadiləsi aparmaqdır.

Forumda açılış nitqi ilə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev ali təhsil müəssisələrimizin COP29-a hazırlıq ərəfəsində beynəlxalq foruma ev sahibliyi etməsinin və universitetlərin rəqabətqabiliyyətliliyinin artırılmasının əhəmiyyətini vurğulayıb. 
 

Energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov ölkəmizin enerji təhlükəsizliyi və yaşıl enerjiyə keçid dövründəki fəaliyyəti, qlobal iqlim böhranına qarşı atılmalı olan addımlar, eləcə də COP29-da iqlim dəyişikliyi ilə bağlı mövzularda elmi dairələrin aktiv iştirakının əhəmiyyətindən bəhs edib. 
 

“Times Higher Education” Beynəlxalq Reytinq Agentliyinin qlobal məsələlər üzrə baş direktoru Fil Bati isə çıxışında son illərdə Azərbaycan ali təhsil müəssisələrinin BMT-nin Davamlı İnkişaf Məqsədlərinə uyğun strategiyaları fəal tətbiq etməklə “THE Impact” reytinqində iştirakının və uğurunun əhəmiyyətindən danışıb.
 

“Ölkə konteksti: postneft ölkələrində iqlim maarifləndirilməsi istiqamətində çətinliklər və imkanlar” mövzusuna həsr olunmuş panel müzakirəsində iştirak edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova sözügedən sahədə uğur qazanmaq üçün təhsilin ilkin pilləsindən başlayaraq maarifləndirmənin aparılması və ali təhsil müəssisələrində akademik heyət və tələbələrin bu prosesə aktiv şəkildə cəlbinin vacibliyini bildirib.
 

Panel müzakirələri ilə davam edən forumda COP29-un iqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai, Kembric Universitetinin iqlim təhsili üzrə direktoru Kristin Özden, Sinqapur Milli Universitetinin professoru Seeram Ramakrişna, Vorvik Universitetinin nümayəndəsi Geret Robert, "BP Azərbaycan" şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, "British Council"un Azərbaycan üzrə ölkə direktoru Nərgiz Hacıyeva və digər rəsmi qonaqlar, universitet rəhbərləri, siyasətçilər, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
 

Forumda dünyanın 26 ölkəsindən 200-dən artıq nümayəndə iştirak edib.


12.09.2024 - 18:00