Masallıda məktəb açılışı
Masallı rayonunda Qəzvinoba kənd ümumi orta məktəbinin yeni binasının açılış mərasimi keçirilib.
Açılış mərasimində Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Çapay Məmmədov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Lənkəran – Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, məktəb kollektivi iştirak ediblər.
Qonaqlar əvvəlcə təhsil ocağında yaradılmış şəraitlə tanış olublar.
Bildirilib ki, məktəbin yeni binası 180 şagird yerlikdir. Üç mərtəbədən ibarət təhsil müəssisəsi sinif otaqları ilə yanaşı, fizika, kimya və biologiya laboratoriyaları, idman zalı, kitabxana, yeməkxana, tibb otağı və həyətyanı stadionla təchiz edilib.
Qeyd edək ki, məktəb Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 fevral tarixli Sərəncamına uyğun olaraq tikilib.
2 il əvvəl
Digər xəbərlər
-
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində 2026-2027-ci tədris ili üzrə namizədlərin seçimi barədə XİN və ETN-nin birgə mətbuat məlumatı
12.10.2026 - 15:00 -
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50
