Firudin Qurbanov Naxçıvanda təhsil işçilərinin sentyabr konfransında iştirak edib
Sentyabrın 10-da Naxçıvan Muxtar Respublikası üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstələri düzüblər.
Sonra Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə tabe məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Əvvəlcə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov hesabatla çıxış edib.
Sonra şagirdləri qəbul imtahanlarında yüksək nəticə göstərmiş Babək rayonu Arazkənd ümumi orta məktəbinin müəllimi Dünya Əliyeva və Culfa şəhəri 3 nömrəli tam orta məktəbin müəllimi Vüsalə Ələkbərova çalışdıqları təhsil ocaqları üzrə qazanılmış nailiyyətlərdən danışıblar.
Konfransda çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov təhsil sahəsində həyata keçirilən islahatlar və əldə olunan nailiyyətlərdən danışıb. Nazir müavini 2003–2023-cü illərdə ölkədə təhsil infrastrukturunun təkmilləşdirilməsindən söz açıb, məktəblərdə texnoloji təminatın ilbəil daha da yaxşılaşdığını qeyd edib.
Çıxışlardan sonra Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinin ifasında musiqi nömrələri səsləndirilib.
Sonda isə xatirə şəkli çəkdirilib.
2 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
