Saatlıda məktəb açılışı
Saatlı rayonunda Rasim Səfərov adına Qara Nuru kənd tam orta məktəbinin yeni binasının açılış mərasimi keçirilib.
Açılış mərasimində Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Elvin Rüstəmov, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Mil – Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev və digər qonaqlar iştirak ediblər.
Qonaqlar əvvəlcə təhsil ocağında yaradılmış şəraitlə tanış olublar.
Bildirilib ki, məktəbin yeni binası 1 176 şagird yerlikdir. Üç mərtəbədən ibarət təhsil müəssisəsində 32 sinif otağı, eləcə də kitabxana, idman və iclas zalları mövcuddur. Məktəbin 1-ci mərtəbəsində direktor otağı, sinif otaqları, tibb otağı, bufet, texniki işçilər üçün otaq, 2 mühafizə otağı yerləşir. Binanın 2-ci mərtəbəsində isə müəllimlər otağı, sinif otaqları, fizika, kimya, biologiya, informatika kabinetləri, hərbi kabinet, qızlar və oğlanlar üçün texnologiya otaqları var.
2 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
