• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Qarabağ, Qazax – Tovuz və Quba – Xaçmaz regional təhsil idarələri üzrə sentyabr konfransları keçirilib

Sentyabrın 6-da Qarabağ, Qazax – Tovuz və Quba – Xaçmaz regional təhsil idarələri üzrə təhsil işçilərinin sentyabr konfransları keçirilib.
 

Tədbirlərdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. 
 

Sonra şagirdlərin əl işlərindən ibarət sərgiyə, həmçinin onların idman nailiyyətlərinə baxış keçirilib. 
 

Konfranslar Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilib.
 

Qarabağ Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransında Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, Bərdə Şəhər İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, Qarabağ Regional Təhsil İdarəsinin müdir səlahiyyətlərini icra edən müdir müavini Anar Məcidov, aidiyyəti idarə, məktəb rəhbərləri və təhsil işçiləri iştirak ediblər.  
 

Konfransda çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov ümumi və məktəbəqədər təhsil üzrə prioritet istiqamətlər haqqında məlumat verib, təhsilin idarə edilməsində əlçatanlıq və şəffaflığın təmin olunması üçün qarşıda duran vəzifələri iştirakçıların diqqətinə çatdırıb və onlara yeni tədris ilində uğurlar arzulayıb. 
 

Konfransda çıxış edən Bərdə Şəhər İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Bərdə şəhərində təhsil mühitinin yaxşılaşdırılması üçün müvafiq tədbirlərin həyata keçirildiyini bildirib. 
 

Sonra çıxış edən Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev region üzrə IV və VI sinif şagirdlərinin monitorinqi üzrə nəticələri, həmçinin IX və XI sinif buraxılış imtahanlarının nəticələri barəsində statistik məlumatlar verib, bununla bağlı tövsiyə və qeydlərini əlavə edib. Fuad Qarayev təhsil idarəsi üzrə şagirdlərin fənn olimpiadalarındakı göstəricilərinə də toxunub. 
 

Qarabağ Regional Təhsil İdarəsinin müdir səlahiyyətlərini icra edən müdir müavini Anar Məcidov da öz növbəsində 2023–2024-cü tədris ilində görülən işlər haqqında hesabat məruzəsi ilə çıxış edib, region üzrə ümumi təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbir və layihələrdən danışıb. 
 

Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 
 

*** 


Qazax – Tovuz Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Qazax – Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev, Təhsil İnstitutunun Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva, müəssisə rəhbərləri və təhsil işçiləri iştirak ediblər.
 

Konfransda çıxış edən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov ümumi və məktəbəqədər təhsil üzrə qarşıda duran vəzifələr barədə qeydlərini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
 

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov çıxışında yeni tədris ili münasibətilə konfrans iştirakçılarına uğurlar arzulayıb.
 

Qazax – Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev 2023–2024-cü tədris ilində görülən işlər haqqında hesabat məruzəsi ilə çıxış edib, region üzrə ümumi təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbir və layihələrin tətbiqi vəziyyətindən danışıb.
 

Daha sonra Təhsil İnstitutunun (ARTİ) Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva 2023–2024-cü tədris ili ərzində ARTİ tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib.
 

Konfransın sonunda təhsil işçilərini maraqlandıran suallar cavablandırılıb və xatirə şəkli çəkdirilib.


***

                    

Quba – Xaçmaz Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransında elm və təhsil nazirinin müşaviri, Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Elnur Əliyev, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Quba – Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, region üzrə təhsil işçiləri iştirak ediblər. 
 

Əvvəlcə Quba – Xaçmaz Regional Təhsil İdarəsinin 2023–2024-cü tədris ilindəki fəaliyyətinə dair videoçarx nümayiş etdirilib.  
 

Elm və təhsil nazirinin müşaviri, Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Elnur Əliyev çıxışında təhsil sahəsində əldə olunmuş nailiyyət və hədəflər haqqında məlumat verib. 
 

Daha sonra Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov regionda təhsilin inkişafı və təhsilverənlərin fəaliyyətinə dair fikirlərini bölüşüb. 
 

Quba – Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev isə region üzrə ötən tədris ilində əldə edilən nailiyyət və hədəfləri diqqətə çatdırıb. 
 

Tədbirin davamında Təhsil İnstitutu tərəfindən ötən tədris ilində region üzrə həyata keçirilən layihələrə dair təqdimat nümayiş etdirilib.


06.09.2024 - 17:30