• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Gəncə – Daşkəsən, Şəki – Zaqatala və Mərkəzi Aran regional təhsil idarələri üzrə sentyabr konfransları keçirilib

Sentyabrın 5-də Gəncə – Daşkəsən, Şəki – Zaqatala və Mərkəzi Aran regional təhsil idarələri üzrə təhsil işçilərinin sentyabr konfransları keçirilib.
 

Gəncə – Daşkəsən Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Təhsil İnstitutunun Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva, Gəncə – Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, aidiyyəti idarə, müəssisə rəhbərləri və təhsil işçiləri iştirak ediblər.
 

Konfransda çıxış edən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov ümumi və məktəbəqədər təhsil üzrə prioritet istiqamətlər haqqında məlumat verib, təhsilin idarə edilməsində əlçatanlıq və şəffaflığın təmin olunması üçün qarşıda duran vəzifələri iştirakçıların diqqətinə çatdırıb.
 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında yeni tədris ili münasibətilə konfrans iştirakçılarına uğurlar arzulayıb. 
 

Gəncə – Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev 2023–2024-cü tədris ilində görülən işlər haqqında hesabat məruzəsi ilə çıxış edib, region üzrə ümumi təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbir və layihələrdən danışıb.  
 

Daha sonra Təhsil İnstitutunun (ARTİ) Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva 2023–2024-cü tədris ili ərzində ARTİ tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib. 
 

Sonda təhsil işçilərini maraqlandıran suallar cavablandırılıb və təkliflər dinlənilib.
 

***

 

Şəki – Zaqatala Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransında Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdir müavini Nəriman Qəhrəmanlı, Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, Təhsil İnstitutunun Qiymətləndirmə, Təhlil və Monitorinq Mərkəzinin direktoru İbrahim Baxışlı, Şəki – Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən rayonları və Şəki şəhəri üzrə təhsil sektorlarının əməkdaşları, məktəb direktorları, müəllimlər iştirak ediblər.
 

Konfransda çıxış edən Nəriman Qəhrəmanlı məktəbəqədər və məktəbəhazırlıq mərhələlərinin vacibliyi, tərbiyəçi-müəllimlərin diaqnostik qiymətləndirilməsi,  sertifikatlaşdırmanın imtahan mərhələsi, təhsil müəssisələrinə işə qəbul prosesi, tikinti və təmir işləri barədə məlumat verib. 
 

Çıxışının sonunda müdir müavini növbəti tədris ili üçün prioritet istiqamətləri konfrans iştirakçılarının diqqətinə çatdırıb.
 

Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev də konfransda çıxış edib və yeni tədris ili münasibətilə iştirakçılara uğurlar arzulayıb. 
 

Sonra Şəki – Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova hesabat təqdim edib. 
 

Ardınca çıxış edən Təhsil İnstitutunun Qiymətləndirmə, Təhlil və Monitorinq Mərkəzinin direktoru İbrahim Baxışlı IV və VI siniflər üzrə monitorinq nəticələri, IX və XI siniflər üzrə buraxılış imtahanlarının nəticələri, olimpiada və respublika səviyyəli müsabiqələrin nəticələri, həmçinin növbəti tədris ili üçün nəzərdə tutulan layihələr barədə məlumat verib.
 

Sonda isə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
 

***

 

Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransında Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin struktur üzrə bölmə rəhbərləri və əməkdaşları, məktəb direktorları, müəllimlər və digər şəxslər iştirak ediblər.
 

Konfransda çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin Sədri Elnur Nəsibov təhsil sahəsində aparılan islahat və nailiyyətlərdən söz açıb. Ölkə ərazisindəki təhsil müəssisələrində həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri haqqında danışan Elnur müəllim çıxışının sonunda bütün iştirakçılara uğurlar arzulayıb. 
 

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxışında qarşıdan gələn Bilik Günü münasibətilə konfrans iştirakçılarını təbrik edib.
 

Daha sonra Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev sözügedən regionda olan şagirdlərin müxtəlif fənlər üzrə göstəriciləri barədə məlumat verib. Fuad Qarayev çıxışında şagirdlərimizin beynəlxalq müsabiqələrdəki uğurlarına da toxunub.  
 

Ardınca Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov hesabatla çıxış edib. 
 

Daha sonra konfrans iştirakçılarının fikirləri dinlənilib, sualları cavablandırılıb.


05.09.2024 - 17:00