• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlanıb

Peşə təhsili pilləsi üzrə tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlanıb. Peşə təhsili müəssisələrinə qəbul olunan şəxslər ixtisas və təhsil müəssisəsi barədə məlumatları portal.edu.az platformasındakı “Şəxsi kabinet” bölməsindən əldə edə bilərlər. 
 

Müsabiqədən keçən şəxslər 5 – 10 sentyabr tarixlərində saat 17:00-dək aşağıda qeyd edilən sənədləri qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər:
• attestatın əsli;
• sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış;
• sistemdən (şəxsi kabinet) çıxarılmış ərizə nümunəsi;
• şəxsiyyət vəsiqəsinin surəti;
• 3x4 sm ölçüdə dörd ədəd fotoşəkil;
• hərbi bilet və ya çağırışçı şəhadətnaməsi;
• güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd.
 

Qəbulun II mərhələsində müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsili müəssisəsində qeyd olunan tarixlərdə qeydiyyatdan keçməməsi və ya sənədlərini tam təhvil verməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.
 

Qeyd edək ki, birinci və ikinci mərhələlərdə www.portal.edu.az platforması vasitəsilə ümumilikdə 39 000 nəfərdən çox namizəd peşə təhsili almaq üçün müraciət ünvanlayıb.
 

2024–2025-ci tədris ili üçün tələbə qəbulu 84 peşə təhsili müəssisəsində 136 ixtisas olmaqla 13 454 plan yeri üzrə aparılıb. İkinci mərhələdə www.portal.edu.az platforması vasitəsilə 11 793 nəfərdən 39 101 müraciət daxil olub.
 

Peşə təhsili müəssisələrinin boş qalmış plan yerlərinə tələbə qəbulunun apellyasiya mərhələsinin 12 – 13 sentyabr tarixlərində həyata keçirilməsi planlaşdırılır.


05.09.2024 - 14:30