Nazir müavini UNESCO Rəqəmsal Öyrənmə Həftəsi çərçivəsində bir sıra görüşlər keçirib
Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin UNESCO Rəqəmsal Öyrənmə Həftəsində iştirakı davam edir.
Tədbirin üçüncü günündə nümayəndə heyəti süni intellektin təhsildə və öyrənmədə istifadəsi, dəyərləndirilməsi üzrə bir sıra plenar sessiyalarda iştirak edib.
Tədbir çərçivəsində Həsən Həsənli UNESCO-nun “Priority Africa” (PAX) bölməsinin rəhbəri Mohamed Elfarnavani və UNESCO İcraiyyə Şurasının sədri Vera Lakouilhe ilə görüşüb. Görüşlər zamanı UNESCO ilə elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də PAX layihəsi üzrə birgə fəaliyyət imkanları müzakirə olunub.
UNESCO Rəqəmsal Öyrənmə Həftəsi 5 sentyabr tarixinədək davam edəcək.
2 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
