Məktəbli idmançılar üçün “Təhsil” yay düşərgəsi keçirilib
Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə yüksək nailiyyətlər əldə etmiş məktəbli-idmançılar üçün “Təhsil” adlı idman-sağlamlıq yay düşərgəsi keçirilib.
“Təhsil” Respublika İdman Mərkəzinin “Zuğulba” Tədris-İdman Bazasında təşkil olunan düşərgədə uşaq-gənclər idman-şahmat məktəblərindən 50 məktəbli idmançı iştirak edib. Düşərgə 12–17 avqust tarixlərini əhatə edib.
Düşərgədə uşaqlar üçün ustad dərsləri, intellektual oyunlar, idman yarışları, viktorina və digər əyləncəli proqramlar həyata keçirilib.
Yay düşərgəsinin təşkilində məqsəd məktəblilərin fiziki və mənəvi inkişafını təmin etmək, onların asudə vaxtlarını maraqlı və əyləncəli keçirmələrinə və yeni dostluq əlaqələri qurmalarına dəstək olmaq, uşaqlara yeni bacarıqlar aşılamaq olub.
2 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
