Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İdris İsayev "İqlim dəyişikliyinə qarşı yaşıllıqların qorunmasının akademik-elmi əsaslarının formalaşması” mövzusunda elmi-praktik konfransda iştirak edib

Avqustun 27-də Şəki şəhərində "İqlim dəyişikliyinə qarşı yaşıllıqların qorunmasının akademik-elmi əsaslarının formalaşması” mövzusunda elmi-praktik konfrans keçirilib. 

 

Konfransda Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, elm və təhsil nazirinin müavini İdris İsayev, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Beynəlxalq Prokurorlar Assosiasiyasının baş katibi Roel Dona, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İradə Hüseynova, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və digər qonaqlar  iştirak ediblər.  

 

Konfransda əvvəlcə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilib. 

 

Konfrans iştirakçılarını salamlayan Baş prokuror Kamran Əliyev respublikamızda ekoloji problemlərin həlli, ekoloji mühitin sağlamlaşdırılması istiqamətində görülən işlərdən bəhs edib. Baş prokuror ölkəmizin beynəlxalq miqyasda qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə öndə yer aldığını vurğulayıb.  

 

Elmi-praktik konfransda çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev bildirib ki, təhsil iqlim dəyişikliyi probleminin həllində mühüm tərəflərdən biridir. Belə ki, təhsil insanları münasibət və davranışlarını dəyişməyə təşviq edə bilər, eləcə də təhsil müəssisələrində gənclərə qlobal istiləşmənin təsiri və iqlim dəyişikliyinə uyğunlaşma yolları öyrədilə bilər. Gənclər arasında ekoloji bacarıqların təbliğinin vacibliyinə də toxunan nazir müavini bildirib ki, ekoloji təhsili formal və qeyri-rəsmi öyrənmə mühitinə inteqrasiya etməliyik. Məktəblər, kollec və universitetlər kimi müəssisələr davamlılıq prinsiplərini öz proqramlarına daxil etməli, gəncləri ekoloji problemlərin həlli üçün bilik və alətlərlə təmin etməlidir.

 

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxışında ətraf mühitin qorunması, iqlim dəyişikliyinin qarşısının alınması istiqamətində aparılan kompleks tədbirlərin Şəki şəhərində də davam etdirildiyini bildirib.   

 

Beynəlxalq Prokurorlar Assosiasiyasının baş katibi Roel Dona Azərbaycan Respublikasının Baş Prokurorluğunun ekoloji hüquqpozmalara qarşı mübarizə təcrübəsinin beynəlxalq və regional təşkilatlar, həmçinin digər ölkələrin prokurorluq qurumları tərəfindən təqdir olunduğunu qeyd edib.  

 

Konfransda həmçinin digər qonaqlar tərəfindən çıxışlar edilib və mövzu ətrafında müzakirələr aparılıb. 

 

Konfransda "Azərbaycan Respublikasında ekoloji siyasətə dair” və “Azərbaycan Respublikasında ekoloji hüquqpozmalara qarşı mübarizə” ilə bağlı videoçarxlar da nümayiş olunub.


1 il əvvəl