Müsahibə mərhələsinin nəticələri elan olundu!
Dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. 14–22 avqust tarixlərində təşkil olunmuş müsahibələrdə 4 658 nəfər uğur qazanıb.
Uğur qazanmış namizədlər 2 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd 3x4 formatında fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.
Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşdiriləcək. Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrindən çıxarışının təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur.
Çıxarışını təsdiq etməyən, müsahibə mərhələsində uğur qazandıqdan sonra tutduğu vakant yerdən imtina edən şəxslərin növbəti turlarda iştirakı təmin olunmayacaq.
Müsahibə mərhələsində uğur qazanmayan namizədlər 27 avqust saat 18:00-dan şəxsi səhifələrinə daxil olaraq apellyasiyaya müraciət edə bilərlər. Apellyasiya müraciətlərinin qəbulu 28 avqust saat 18:00-da başa çatacaq.
Qeyd edək ki, müsahibələrin onlayn formatda təşkili nəzərdə tutulub. Bunun üçün namizədlər şəxsi səhifələri vasitəsilə müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanlarını müvafiq xanaya yazmaqla iştiraklarını təsdiq etməlidirlər. Qeydiyyat zamanı elektron poçt ünvanını düzgün yazmayan və elektron ərizəsini təsdiqləməyən namizədlərin apellyasiya müraciəti təmin olunmayacaq.
Nəzərinizə çatdırırıq ki, yaxın günlərdə onlayn apellyasiya müsahibələrinin keçiriləcəyi tarix və müddətli müqavilə ilə vakansiya seçimi barədə əlavə məlumat veriləcək.
1 il əvvəl
Digər xəbərlər
-
Ulu öndərin məzarı ziyarət edilib
10.05.2026 - 12:40 -
Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfər çərçivəsində 360 şagird yerlik məktəb binasının açılışını edib
09.05.2026 - 17:36 -
İİB nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə təhsil sahəsində görülən işlərlə tanış olub
08.05.2026 - 21:00 -
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
08.05.2026 - 20:52 -
Ulu öndər Heydər Əliyevin 103 illik yubileyi Elm və Təhsil Nazirliyində qeyd edilib
08.05.2026 - 18:20
