Şagirdlərin elektron yerdəyişməsi prosesi dayandırılır
2 il əvvəl
Ümumi təhsil müəssisələrinə sy.edu.az vasitəsilə sorğu yerləşdirmə prosesi 30 avqust saat 18:00-da dayandırılacaq. Həmin müddətədək sorğu yerləşdirən valideynlər övladlarının sənədlərini 5 sentyabr saat 15:00-a qədər yerdəyişmə etdikləri ümumi təhsil müəssisəsinə təhvil verməlidirlər.
Qeyd edək ki, yerdəyişmə prosesinə II-IX və XI sinif şagirdləri üçün 8 avqust saat 15:00-dan, X siniflər üçün isə 15 avqust saat 15:00-dan başlanılıb. Yerdəyişmə prosesi yekunlaşdıqdan sonra tamamlanmayan sorğu və növbələr avtomatik olaraq sistem tərəfindən silinəcək.
Digər xəbərlər
-
Şamaxıda təhsil müəssisələrinin fəaliyyəti ilə tanışlıq olub
06.11.2026 - 17:50 -
Dağlıq Şirvan regionunda təhsil işçiləri üçün antikorrupsiya mövzusunda təlim keçirilib
06.11.2026 - 17:15 -
Peşə təhsili müəssisələri Bakıda keçirilən “PeşəFest”də təmsil olunublar
06.11.2026 - 17:00 -
Nazirliyin tabeliyindəki qurumların Vətən müharibəsi iştirakçısı və qazisi olan əməkdaşları ilə görüş keçirilib
06.11.2026 - 12:50 -
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
05.11.2026 - 09:40
