Müəllimlərin rəqəmsal peşəkarlığının artırılması istiqamətində təlimlərə başlanılıb
Avqustun 26-da Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Təhsildə İnnovativ Texnologiyalar (ITE) Əlavə Təhsil Mərkəzi tərəfindən 5 000-ə yaxın müəllim üçün təlimlərə start verilib.
Bakı, Abşeron, Sumqayıt, Bərdə, Sabirabad, Şəmkir, Quba, Şirvan, Zaqatala, Şəki, Gəncə, Goranboy, Yevlax, Ağcabədi, Qazax, Qusar, Xaçmaz, Neftçala, Şamaxı, Cəlilabad, Astara, Balakən, Qəbələ, Göygöl, Kürdəmir, Ağdaş, Tərtər, Gədəbəy, Şabran, Ağsu, Lerik, Qax, Zərdab və Göyçayda təşkil olunacaq təlimlər dekabr da daxil olmaqla bir neçə ay davam edəcək.
Təlimlər “Microsoft” sertifikatlı pedaqoq” imtahanına hazırlıq, müəllimlərin rəqəmsal savadlılığının artırılması, təbiət fənlərinin hibrid öyrənmə mühitində tədrisi metodikası və onlayn ünsiyyətə dair proqramları əhatə edəcək.
Təlim proqramının sonunda müəllimlər ITE-nin “Certiport Authorized Testing Centers” və “ICDL Authorized Testing Centers” test mərkəzlərində keçiriləcək imtahanlara cəlb ediləcəklər. Uğurlu nəticələr əldə edən şəxslərə isə beynəlxalq sertifikat təqdim olunacaq.
Qeyd edək ki, təlimlərin təşkilində məqsəd müəllimlərin müasir texnologiyalar və rəqəmsal alətlərdən istifadə bacarıqlarını artırmaq, onları beynəlxalq imtahanlara hazırlamaq və tədris keyfiyyətini yüksəltməkdir.
2 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
