“Təhsil” yay düşərgəsi başa çatıb
Avqustun 24-də Elm və Təhsil Nazirliyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə şəhid övladları üçün keçirilən “Təhsil” yay düşərgəsinin bağlanış mərasimi olub.
Tədbirdə çıxış edən təşkilatçı qurumların nümayəndələri yay düşərgəsinin uşaqlarda dostluq münasibətlərinin formalaşması, milli-mənəvi dəyərlərin mənimsənilməsi baxımından böyük rol oynadığını, intellektual, əyləncəli proqramların, idman məşqlərinin məktəblilərin yay tətilini daha səmərəli keçirmələrində xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.
Tədbirin sonunda “Təhsil” yay düşərgəsinin içtirakçılarına sertifikat və hədiyyələr təqdim olunub, xatirə fotoşəkli çəkdirilib.
Qeyd edək ki, yay düşərgəsinə ölkənin şəhər və rayonları, o cümlədən Naxçıvan Muxtar Respublikasından 45 məktəbli cəlb olunub.
“Təhsil” Respublika İdman Mərkəzinin “Zuğulba” Tədris-İdman Bazasında təşkil olunan düşərgədə uşaqlar üçün ustad dərsləri, intellektual oyunlar, idman yarışları, viktorinalar, konsert və digər əyləncəli proqramlar təşkil olunub. Həftə ərzində məktəblilər tanınmış aktyor, yazıçı, idmançılarla görüşüblər, eləcə də onların muzey, kinoteatr və STEAM İnnovasiya Mərkəzinə səfərləri təşkil olunub.
Yay düşərgəsinin təşkilində məqsəd məktəblilərin fiziki və mənəvi inkişafını təmin etmək, onların asudə vaxtlarını maraqlı və əyləncəli keçirmələrinə və yeni dostluq əlaqələri qurmalarına dəstək olmaq, uşaqlara yeni bacarıqlar aşılamaqdır.
2 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
