Apellyasiya Şurasının növbəti iclası keçirilib
Avqustun 7-də elm və təhsil nazirinin müavini, nazirliyin Apellyasiya Şurasının sədri Firudin Qurbanovun rəhbərliyi ilə şuranın növbəti iclası keçirilib.
İclasda Elm və Təhsil Nazirliyinin Audit şöbəsinin Dövlət əmlakının monitorinqi sektorunun müdiri vəzifəsinə namizəd Rəşad Məmmədovun, Strateji planlaşdırma və icraya nəzarət şöbəsinin Strateji planlaşdırma və koordinasiya sektorunun aparıcı məsləhətçisi vəzifəsinə namizədlər Altun Rəcəbli və Yadigar İsgəndərovun, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Qazax – Tovuz Regional Təhsil İdarəsinin Gədəbəy rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsinə namizəd Röyalə Nəsirli Səfərbəyovanın müsahibə nəticələri ilə əlaqədar şikayətlərinə baxılıb.
İclasda müsahibə komissiyası üzvlərinin təqdim etdikləri məlumat və videogörüntülər əsasında şikayətlər araşdırılıb və 1 şikayətin təmin edilməsi, 1 şikayətin qismən təmin edilməsi, 2 şikayətin isə təmin edilməməsi barədə qərarlar qəbul olunub.
2 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
