İxtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının vakansiya seçiminə start verilir
Avqustun 21-də 2024–2025-ci tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə start verilib.
Müsabiqənin test imtahanı mərhələsində keçid balını toplayan namizədlər 25 avqust tarixinədək portal.edu.az vasitəsilə 8 vakant yer seçə bilərlər.
Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə 15 sentyabr tarixinədək aparılacaq.
Qeyd edək ki, imtahan mərhələsinin nəticələrinə əsasən, ümumilikdə 485 namizəd vakansiya seçiminə buraxılıb.
Müsahibələrin isə Bakı, Gəncə, Qəbələ, Cəlilabad və Naxçıvan Muxtar Respublikasında keçirilməsi nəzərdə tutulur.
1 il əvvəl
Digər xəbərlər
-
Ulu öndərin məzarı ziyarət edilib
10.05.2026 - 12:40 -
Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfər çərçivəsində 360 şagird yerlik məktəb binasının açılışını edib
09.05.2026 - 17:36 -
İİB nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə təhsil sahəsində görülən işlərlə tanış olub
08.05.2026 - 21:00 -
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
08.05.2026 - 20:52 -
Ulu öndər Heydər Əliyevin 103 illik yubileyi Elm və Təhsil Nazirliyində qeyd edilib
08.05.2026 - 18:20
