Şəhid övladları üçün “Təhsil” adlı yay düşərgəsi keçirilir
Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin dəstəyi ilə şəhid övladları üçün “Təhsil” adlı yay düşərgəsi keçirilir.
“Təhsil” Respublika İdman Mərkəzinin “Zuğulba” Tədris-İdman Bazasında təşkil olunan düşərgədə ölkənin müxtəlif şəhər və rayonları, o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə 45 məktəbli iştirak edir. Düşərgə 19–25 avqust tarixlərini əhatə edəcək.
Düşərgədə uşaqlar üçün ustad dərsləri, intellektual oyunlar, idman yarışları, viktorina, konsert və digər əyləncəli proqramların həyata keçirilməsi nəzərdə tutulur. Düşərgə ərzində uşaqların tanınmış aktyor, idmançı, yazıçılarla görüşü, eləcə də muzey, kinoteatr və STEAM İnnovasiya Mərkəzinə səfərləri təşkil olunacaq.
Yay düşərgəsinin təşkilində məqsəd məktəblilərin fiziki və mənəvi inkişafını təmin etmək, onların asudə vaxtlarını maraqlı və əyləncəli keçirmələrinə və yeni dostluq əlaqələri qurmalarına dəstək olmaq, uşaqlara yeni bacarıqlar aşılamaqdır.
2 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
