90 milyondan çox öyrənənə xidmət göstərən "National Geographic Learning"in baş direktoru "Yeni çağırışlar"da
Avqustun 23-də “Yeni çağırışlar” müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq.
Proqramın budəfəki buraxılışında "National Geographic Learning" Qlobal Tərəfdaşlıq Qrupunun baş direktoru Erik Qundersen qonaq olacaq. Erik Qundersen ilə yaşıl təhsil barədə danışılacaq.
Proqram Elm və Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.
Erik Qundersen Portuqaliyanın Lissabon şəhərindəki Amerika Dil İnstitutu və Berkli Kaliforniya Universitetində müəllim olaraq çalışıb. O həmçinin bir sıra ölkələrin təhsil nazirlikləri üçün uğurlu layihələr həyata keçirib.
Erik Qundersenin rəhbərlik etdiyi "National Geographic Learning" Qlobal Tərəfdaşlıq Qrupu 133 ölkədə 90 milyondan çox öyrənənə xidmət göstərən aparıcı nəşriyyatlardandır. Məqsədi orijinal tədris materialları vasitəsilə şagird və tələbələri bilik və bacarıqlarla təmin etmək, onları gələcəyin liderləri olaraq hazırlamaqdır.
2 il əvvəl
Digər xəbərlər
-
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində 2026-2027-ci tədris ili üzrə namizədlərin seçimi barədə XİN və ETN-nin birgə mətbuat məlumatı
12.10.2026 - 15:00 -
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50
