Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir
Avqustun 14-dən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır.
Ümumilikdə 5 740 namizədin dəvət olunduğu müsahibələr avqust ayının 22-dək davam edəcək. Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlıq və ümumi dünyagörüşü müvafiq komissiya tərəfindən yoxlanılacaq. Bu mərhələdə uğur qazanan namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar.
Namizəd şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etməsə, bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.
2 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
